Allahın izni ilə CADUNU AÇMAĞIN YOLU – Şeyx Əbdüləziz bin Bəzz (VİDEO)
66. 517 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual verən:
Bir alimdən eşitmişəm ki, cadu edildiyini düşünən adam sidr ağacının yeddi ədəd yarpağını götürüb bir qabda suya qoyur və muəvvizat (İxlas, Fələq, Nas), Ayətəl Kursi, Qul yə əyyuhəl kəfirun, va mə unzilə aləl mələkəyni bibəbilə harutə və marut və Fatihə surəsini oxumağı tövsiyə edib.
Bu nə dərəcədə doğrudur? Cadu edildiyini düşünən adam nə etməlidir? Bu haqda bizə məlumat verərdiniz, Allah sizdən razı olsun.
Şeyx Əbdüləziz bin Bəzz:
Həmd olsun Allaha, rəsulullaha, onun ailəsinə, əshabələrinə və onun yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun.
Heç şübhə yoxdur ki, cadu həqiqətdir və bu Allahın izni ilə təsiredici bir şeydir.
Uca Allah cadugərlər haqqında belə buyurmuşdur: “Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər.” (əl-Bəqərə: 102)
Cadunun təsiri vardır, lakin bu Allahın izni ilə baş verir. Ümumiyyətlə həyatda nə baş verirsə, Allahın qəza-qədəri ilə baş verir.
Lakin bu cadunun müalicəsi də vardır. Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) də cadu edilmişdi, lakin Allah təalə ona şəfa verdi və cadunun şərrindən onu qorudu. Cadugərin etdiyi cadunu tapıb məhv etdilər. Beləliklə Allah Peyğəmbərini cadudan xilas etdi.
Əgər cadugərin etdiyi cadu tapılarsa, istərsə düyünlənmiş ip, yaxud müxtəlif qarışıq şeylər tapılarsa bunları tələf etmək lazımdır. Çünki cadugərlər düyünlərə üfürürlər. Onlar çirkin məqsədləri üçün düyün vurur və düyünlərə üfürürlər. Onların bu çirkin məqsədi Allahın icazəsi ilə həyata keçə, yaxud puç ola bilər. Uca və nöqsansız Rəbbimiz hər şeyə qadirdir.
Cadunu Quran oxumaqla açmaq lazımdır. Cadu olunan adam özü də oxuya bilər, yaxud kimsə onun üçün oxuyar və onun sinəsinə, ya da hansısa əzasına üfürər.
Onun üçün Fatihə surəsini, Ayətəl Kursini, Qul huvəllahu əhəd, Qul əuzu birabbil fələq, Qul əuzu birabbin nəs, Əraf, Yunus və Taha surələrindəki caduya qarşı məlum ayələri (ərəbcə) oxusun.
ƏRAF SURƏSİNDƏKİ AYƏ BUDUR: “Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.” (Əl-Əraf: 117-119)
YUNUS SURƏSİNDƏKİ AYƏ BUDUR: “Firon: “Nə qədər bilikli sehrbaz varsa, gətirin!” – dedi. Sehrbazlar gəldikdə Musa: “Nə atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri yerə atın!)” – dedi. Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: “Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!” (Yunus: 79-82)
TAHA SURƏSİNDƏKİ AYƏ BUDUR: “Onlar dedilər: “Ya Musa! (Özün seç). Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz birinci tullayaq! O (Musa) dedi: “Xeyr, (əvvəlcə) siz tullayın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür. Musanın canına qorxu düşdü. Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!” (Taha: 65-69)
Həmçinin əl-Kəfirun surəsini tam şəkildə oxuyur.
Sonra Qul huvəllahu əhəd, Qul əuzu birabbil fələq, Qul əuzu birabbin nəs surələrini də oxuyur.
Sonuncuları üç dəfə təkrar oxuması daha yaxşıdır.
Sonra şəfa tapması üçün Allaha dua etsin. Məsələn bu duanı oxusun: “Allahummə rabbən nəs, əzhibil bəs, işfi əntəş şəfi, lə şifəə illə şifəukə, şifəun lə yuğadiru saqəmən.” Bunu üç dəfə təkrar edir.
Həmçinin bu duanı oxusun: “Bismilləhi ərqik, min kulli şeyin yuzikə, min şərri kulli nəfsin ov aynin həsidin, Allahu yəşfik, bismilləhu ərqik.” Bunu üç dəfə təkrar edir.
Onun sağlamlığı və şəfası üçün dua edir.
“Uizukə bikəlimətilləhi-t-təmməti min şərri mə xaləqə.” Üç dəfə təkrar etməlidir.
Bütün bunlar fayda verən əlaclardır.
Bu deyilənləri bir suya oxuyub həmin sudan içsə və qalan hissəsi ilə çimsə şəfa tapmaq üçün səbəb olar.
Həmçinin yaşıl sidr yarpağını əzib həmin suya qatarsa bu da səbəbdir.
Bu təcrübədən keçirilib və biz belə edib çox insanlara fayda vermişik.
Bu faydalı əlacdır.
Arvadından məhrum edilmiş kişilər də bu müalicə üsulundan istifadə edə bilərlər.
Bəzi insanlar öz yoldaşlarına yaxınlıq edə bilmirlər.
Onlar bu dua və zikrləri ya özləri, yaxud kimsə onlar üçün oxuduqda, yaxud suya oxuyub bəzisini içib qalan hissəsi ilə çimdikdə, yaxud həmin suya yeddi ədəd sidr yarpağı əlavə edib deyilənləri oxuyar və həmin su ilə çimərsə Allahın izni ilə cacud edilənə və yoldaşından məhrum qalana fayda verər.
Bütün bunlar səbəblərdir, şəfa isə Allahdandır. Hər şey, dərd də, dəva da Onun əlindədir. Nə baş verirsə, Allahın qəza və qədəri ilə olur. Allah şəfası olmayan heç bir dərd göndərmir.