Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan
5. 652 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Hörmətli şeyx, sualda deyilir ki, bu duanı “Allahım Səni zikr etməyə, Sənə şükr etməyə və Sənə gözəl tərzdə ibadət etməyə məni qüvvətləndir!” (Allahummə əinni alə zikrikə va şukrikə va husni ibadətikə.) – namaz salamından öncə, yoxsa sonra deyək?
Cavab:
Bismilləhir Rahmənir Rahim
Həmd olsun Allaha, aləmlərin rəbbinə. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və cəmi əshabələrinə Allahın salavatı və salamı olsun.
Hədisdə deyilir ki, bu zikr hər namazın axırında (ərəbcə – dubr) – deyilir.
Burada keçən “axırında” sözü, bir şeyin sonu deməkdir. Bu sözə görə ehtimal olunur ki, duanı salamdan öncə, yaxud salamdan sonra da demək olar.
Lakin bu duanın salamdan öncə deyilməsi daha yaxşıdır. Çünki bu halda namaz daxilində demiş olursan. Namazda dua etmək, namazdan kənarda dua etməkdən daha yaxşıdır.
Hər halda bu asan məsələdir. Salamdan öncə, yaxud sonra desə olar.