Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərəb baharı üsyanlarının “bəhrəsi”

Oktyabr 13
23:28 2017
🎬

📥Yüklə (41.0 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Dəyərli izləyici, bu gün müsəlman dünyasının baş-bəlasına çevrilmiş üsyançı ixvançı düşüncə hər yerdə fəsad törətməkdə davam edir. Elə bu üsyankar düşüncənin “bəhrəsi” ilə bir çox ölkələrdə müsəlmanlar bəlaya düçar olublar. Biz “ərəb baharı” üsyanının nəticəsini görmək üçün Misir, Libiya, Tunis, Yəmən, Suriya və digər ölkələrə baxsaq kifayət edər.

Sizə təqdim edəcəyimiz görüntülər Suriyanın ən gözəl şəhəri olmuş, indi isə üsyan səbəbi ilə xarabalığa çevrilmiş Hələb şəhərindəndir.

Əvvəlcə sizə üsyançı ixvan dəvətçilərin səsini, daha sonra isə mötəbər Rəbbani alimlərin səsini təqdim edəcəyik.

Məqsədimiz hər bir müsəlmanı üsyankar düşüncənin təhlükəsi barədə agah etməkdir.

Üsyan təhrikçisi, ixvançı və təkfirçi Muhəmməd əl-Ərifi:
Oyan, oyan. Allah xalqları məhv olmaq üçün yaratmamışdır. Oyan, oyan!!!

Üsyan təhrikçisi, ixvançı və təkfirçi Nasir əl-Ömər:
Budur “Ərəb baharı” adlanan üsyan dalğası gəlmişdir. Mən bu üsyanları ərəb baharı və payızı adlandırıram. Bu üsyanlar üzünü Allaha tutmuş, günahsız, sadə və səmimi, eyni zamanda əhəmiyyətsi hesab edilən müsəlman xalqlar üçün bahardır. Payız isə ona görə adlandırıram ki, ağacların yarpaqları töküldüyü kimi, mövcud rəhbərlər də bir-birinin ardınca hakimiyyətdən gedər. Allahın izni ilə biz qalan rəhbərlərdə də bunu görəcəyik. Necə ki, bu gün Suriyada bunu görürük. Bəli, bu, bütün dünyanı heyran edən möhtəşəm müasir düşüncədir.

İxvan dəvətçi:
Bu gün Suriya dünya xəritəsini yenidən dəyişəcəkdir. İstər İraqda, istər Suriyada, istər İranda, istərsə Əhvazda…

Üsyan təhrikçisi, ixvançı və təkfirçi Salman əl-Ovda:
Bu baş verənlər fitnə deyil. Bu, haqlı olaraq edilən xalq üsyanıdır. Bu xalqlar on illərlə zülmə, haqsızlığa, hüquq pozuntusuna məruz qalmış xalqlardır. Bu gün artıq onlar azad olmaq və işləri öz əllərinə almaq istəyirlər.

Üsyan təhrikçisi, ixvançı və təkfirçi Nəbil əl-Avadi:
Bu üsyanlar mübarək üsyanlardır. Bu qələbədə bizi Tunis və qəhrəman Misir xalqı qabaqlamışdır. Budur Yəmən xalqı da qələbə astanasındadır. Libiya xalqı da canlarını qurban verməkdə gecikmirlər. Suriya xalqı isə öz qanları ilə bu ümmətin şanlı səhifəsini yazacaqlar.

İndi isə Rəbbani Alimlərin sözlərini dinləyin

Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin):
Mənə elə bir üsyan göstərə bilərsinizmi, insanlar o üsyandan sonra əvvəlkindən daha yaxşı yaşasınlar?!
– Bunu göstərə bilərsənmi?!
– Əlbəttə bacarmazsan!!!

Əbdüləziz Ali Şeyx:
Üsyana çağıranlar alimlər deyil, onlar dəvətçi də deyillər, onlar fitnə çağırışçılarıdır. Onlar fitnə və şər dəvətçiləridir. Üsyanları, inqilabları, anarxiyanı dəstəkləyən insan əsl dəvətçi sayılmaz.

Şeyx Saleh bin Fovzan əl-Fovzan:
Özlərini elm tələbələri adlandıran bəzi adamlar insanları bu üsyanlara təhrik edir, bu işə onları şirnikləndirirlər. Bununla onlar müsəlmanları parçalamaq, gücdən salmaq istəyirlər. Onlar bu aqibətdən bixəbər ola bilər, işin sonunu dərk etməyə və şəriət dəlillərindən qafil ola bilərlər. Amma bu kimi insanlardan uzaq durmaq vacibdir. Həqiqətən də onlar zəlalət və fitnə dəvətçiləridir. Onlardan qorunmaq vacibdir. Onların sözünü dinləmək də olmaz.
Çünki onların danışığı islama və müsəlmanlara ziyandır.

Digər xəbərlər