Köhnəlib cırılmış dini kitabları nə edək? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)
Yanvar 17
19:21
2018
5. 737 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Hörmətli şeyx, bəzi səhifələri cırılmış və istifadə olunmayan Qurani-kərimin köhnə nüsxələrini nə etmək olar? Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Korlanmış və cırılmış Qurani-kərim və digər dini kitabların nüsxələrindən faydalı istifadə etmək olmursa, onları təmiz yerdə basdırmaq, yaxud xüsusi yerdə (yazılı səhifə qalmamaq şərti ilə) yaxşıca yandırmaq lazımdır.
Alimlər əminamanlıq olmayanda, Qurani-kərim nüsxələrini yandırıblar ki, kimlərinsə əlinə keçib onu təhqir etməsinlər.
Ona görə də bu ikisindən birini etmək: basdırmaq, yaxud yandırmaq olar.
Belə kitabları hara gəldi atmaq, zibilxanaya tullamaq olmaz, bu pis işdir.