Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

Yanvar 19
19:46 2018
🎬

📥Yüklə (5.1 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Allah sizi xeyirlə mükafatlandırsın, son zamanlar geniş yayılmış “Bitcoin” adlı kriptovalyutaları (virtual valyuta) alıb-satmağın hökmü nədir?

Cavab:
Kriptovalyutalar şəxsi valyutalar sayılır. Bu növ valyutaları müəyyən şəxslər icad etmişlər. Bu növ valyutaların beynəlxalq nizamlayıcı əsası yoxdur. Həqiqətdə isə bu valyutaların dəyəri, yəni zəmanət əsası yoxdur. Onu dəyərləndirəcək nə iqtisadi bazası, nə də qızıl, gümüş, yaxud digər zəmanət əsası yoxdur ki, onu dəyərləndirsin.

Bu növ valyutaların qiyməti, bazarın fəallığından asılıdır. Bunun bir zəmanəti yoxdur. Bu valtutaya zəmanət verən heç bir dövlət də yoxdur. Yəni, bu valyutanın sahibi veb səhifəni (yəni, sistemi) bağlayarsa, valyuta da ləğv olunmuş sayılacaq.

Ona görə də belə valyuta ilə ticarət etmək olmaz. Nə qədər ki, bu valyutalar dediyimiz vəziyyətdədir, hökmü dəyişməzdir. Bu valyutalar alınıb-satılmadıqca onun həqiqi dəyəri və zəmanəti yox sayılır.

Bu cür valyutalara məbləğ sərf etmək, malı israf etmək sayılır. Bu şişirdilmiş hava şarlarına oxşayır. Belə ki, onu köpdürdükcə elə bilirsən ki, möhtəşəmdir, halbuki belə şar hər an partlaya bilər və mütləq partlayacaqdır da.

Daha doğrusunu Allah bilir, lakin mənim fikrimcə bu kimi valyutalarla müamilə etmək olmaz.

Düzdür, adamı şirnikləndirir. Bir zaman heş dəyəri yox idi, amma hal-hazırda minlərlə dollar qiyməti vardır. Lakin meyarımız həqiqətdir.

Ona görə də, fətvamız budur ki, bu valyutalar dediyimiz vəziyyətdə qaldıqca, onlarla müamilə etmək olmaz.

Digər xəbərlər