Müttəqiyə dünya dar gəlməz – Şeyx Süleyman ər-Ruheyli
3. 839 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Uca Allah möminlərə belə əmr edib, tövsiyə verib: “Ey iman gətirənlər, Allahdan qorxun və yalnız doğru söz danışın.”
Uca Allah ən şərəfli və ən fəzilətli yaradılmışa, hamının ağası olan Muhəmməd sallallahu elyhi və səlləmə belə xitab etmişdir: “Ey Peyğəmbər, Allahdan qorx!”
Madam ki, belədir, bu işə hərislik göstərmək möminə yaraşmazmı?!
Məgər yaraşmazmı ki, mömin bu xüsusiyyətə sahib olsun və gecə-gündüz buna nail olmaq üçün çalışsın?!
Əlbəttə, Allaha and olsun ki, bu elə möminə yaraşan işdir!
Niyə də olmasın, axı “Təqva” – Allah qorxusu, özündə bütün xeyir şüarlarını cəm etmiş bir əməldir.
Əgər təqva haqqında: “Kim Allahdan qorxarsa ona çıxış yolu əta edər və onu ummadığı yerdən ruziləndirər.” – uca Rəbbimizin bu sözündən başqa heç bir şəriət dəlili olmasaydı, bu əməlin şərəfi üçün bu da yetərli olardı.
İzzət və cəlal sahibi Allah buyurur ki, “Kim Allahdan qorxarsa ona çıxış yolu əta edər”.
İbn Abbas (Allah ondan razı olsun) bu ayəni belə izah etmişdir: “Onu dünya və axirətin sıxıntılarından xilas edər.”
Dünya sıxıntısına düşən insan Allahdan qorxandırsa (Təqva sahibidirsə), Allah mütləq ona çıxış yolu əta edəcəkdir.