Namazda VƏSVƏSƏNİN çarəsi – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)
5. 928 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Namaz qılan vaxt vəsvəsə gələrsə, namazda olmağıma baxmayaraq lənətlənmiş şeytandan Allaha sığınımmı?
Cavab:
Bəli, sünnə budur ki, hətta namazda olsan da, şeytandan Allaha sığınasan. Əgər vəsvəsə çoxalarsa fikrini yayındır və “Əuzu billəhi minəş şeytanir rəcim” (Lənətlənmiş şeytanın şərrindən Allaha sığınıram) – de.
Yaxşı olar ki, sol tərəfinə üç dəfə quru şəkildə (sakit səslə) “tfu” edəsən və “Əuzu billəhi minəş şeytanir rəcim” – deyəsən. Başını sol tərəfə azca çevirir və quru şəkildə (sakit səslə) “tfu” edir və “Əuzu billəhi minəş şeytanir rəcim” deyirsən.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhabələrinə belə öyrətmişdir ki, vəsvəsə güclü olarsa, sol tərəfinə üç dəfə quru şəkildə (sakit səslə) “tfu” etsin və “Əuzu billəhi minəş şeytanir rəcim” – desin.
Həmin səhabə, Osman bin əl-As (Allah ondan razı olsun) deyir ki, mən bunu etdim və Allah mənim bu sıxıntımı götürdü.