Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qəbirləri təvaf etmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan

Noyabr 10
19:08 2017
🎬

📥Yüklə (4.8 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Sual soruşan deyir ki, möhtərəm şeyx Saleh qəbirləri təvaf etməklə, Kəbə evini təvaf etməyin fərqi nədir?

Cavab: Qəbirləri təvaf etmək haramdır.
Yer üzündə şərəfli Kəbə evindən başqa təvaf ediləcək heç bir yer yoxdur. Uca Allah buyurur: “…qədim evi (Kəbəni) təvaf etsinlər!” (əl-Həcc: 29).

Təvaf yalnız şərəfli Kəbə evində, yalnız uca və nöqsansız Allah üçün edilə bilər.

Kim şərəfli Kəbədən başqa bir yeri təvaf edər və güman edər ki, bu rəvafda savab var – bilsin ki, bu əməli bidətdir və əməli özünə qaytarılır, qəbula keçmir.

Əgər təvaf edən şəxs bununla ölən adama yaxınlaşmaq istəyirsə, bu, böyük şirkdir.
Çünki təvaf ibadətdir. İbadət isə yalnız Allah üçün olmalıdır. Kim ibadəti, yaxud hansısa növ ibadəti Allahdan başqasına yönəldərsə, böyük şirklə Allaha şərik qoşmuş olar.

Digər xəbərlər