Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO
10. 600 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual:
Cümə xütbəsi və ya başqa münasibətdə minbərdə ölkə rəhbəri üçün dua etməyin hökmü nədir?
Həmçinin Şatibinin “Etisam” kitabında buna icazə verməməsinə münasibətiniz necədir?
Cavab:
Ölkə rəhbəri üçün (minbərdə) dua etmək raşidi xəlifələr dönəmində yox idi.
Bu cür əməl səhabələrin son vaxtında və tabiinlərin zamanında meydana gəldi və bu günə qədər sünnə olaraq davam etməkdədir.
Səbəbi isə budur ki, xəvariclər meydana çıxdıqda müsəlmanların rəhbərlərinə nifrət etməyi, onları sevməməyi və onlara qarşı üsyan etməyi özlərinə din bildirdilər. Əhli sünnə də onlara müxalif olaraq rəhbərlərə minbərlərdə açıq-aşkar dua etməklə qarşı çıxdılar. Əhli sünnə həmçinin rafizilərə də müxalif olaraq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zövcələrinin adı çəkiləndə minbərdə “Allah onlardan razı olsun” deməklə onlara müxalif oldular.
Bidətçilər zühur etdikdə bidətçilərə müxalif olmaq sünnə oldu. Ona görə də alimlər qeyd edirlər ki, cümə xütbəsinin sünnətlərindən biri də budur ki, xütbədə ölkə rəhbəri üçün dua edilsin.
Ölkə rəhbəri üçün dua etmək əvvəlkilərin sünnəsidir. Həmçinin ölkə rəhbəri üçün dua etmək əhli sünnənin əlamətlərindəndir.
Ölkə rəhbəri üçün dua etmək əhli sünnənin əlamətlərindəndir. Ölkə rəhbərinin əleyhinə dua etmək isə bidət əhlinin əlamətlərindəndir. Bu barədə Barbahari “əs-Sunnə” kitabında və digər alimlər söyləmişlər.
Dua etməklə, mədh etmək fərqlidir.
Mədh etmək olmaz. Çünki mədh etmək dünya mənfəətinə görədir. Duada isə istək onun dininin, dünyasının və axirətinin islah olunmasıdır. Dua şəriətin əmr etdiyi Allah üçün edilən əməldir.
Mədh edənin isə məqsədləri fərqli ola bilər.
Ona görə də alimlər dua edirlər, amma mədh etmirlər.
Bəzi alimlər ola bilər ki, rəhbərə etdiyi faydalı hansısa xüsusi hala görə tərif söyləyər.
Bu istisna hallara aiddir. Rəhbəri xeyirli işlərə təşviq etmək, həvəsləndirmək üçün onu tərifləyir.
Mədh isə Saleh Sələflərin əməlindən deyildir. Onlar dua edirdilər, çünki dua etməkdə onun dininin islah olmasına ümid vardır. Əgər rəhbərin dini islah olunarsa, onunla çox şey islah olunar.