Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Siqaret və qəlyan ilə qazanılan pul haramdırmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

Yanvar 08
19:01 2018
🎬

📥Yüklə (3.1 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Sualda deyilir ki, dostumun kafesi var və oraya gələn gənclərə və digər müştərilərə qəlyan təqdim edilir. Bu baxımdan kafedən gələn qazancın hökmü nədir?

Cavab:
Bu, qarışıq maldır. Əgər kafedə icazəli və haram olan şeylər təqdim edilirsə, bu halal ilə haramın qarışıq qazancıdır. Əgər məkan sırf siqaret, qəlyan və bu kimi haram olan şeylərin xidmətini göstərirsə, bu halda qazancın hamısı haram sayılır.

Müsəlman Allahdan qorxmalı və qazancını halal yerdən etməlidir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!” (əl-Bəqərə: 172).

Hədisdə deyilir ki, haram yemək duanın qəbul olunmasına maneədir.

Müsəlman halal və gözəl qazanc əldə etməlidir. Çünki bu halda özü gözəl ruzidən qidalanacaq və Allaha itaət etməyində ona təkan, xeyir və bərəkətə səbəb olacaqdır.

Digər xəbərlər