Talaq sözünü söyləmək adi hal alıb – Şeyx Saleh bin Fovzan əl-Fovzan
10. 920 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Talaq sözü hər kəsin, ələlxüsus gənclərin dilində adi bir kəlməyə çevrilib. Bəzən bunu and kimi də istifadə edirlər. Allah sizə bərəkət versin, bu haqda tövsiyəniz nədir?
Cavab: Cavabımız budur ki, müsəlman həyat yoldaşını qorumaq üçün, bacardığı qədər talaq sözünü işlətməməlidir. Bu sözləri işlətməmək lazımdır və bu işə səhlənkar yanaşaraq bu sözlərlə zarafat etmək, əylənmək olmaz. Bunu həmçinin hədə-qorxu və sairə kimi də istifadə etmək olmaz. Necə ki, bəzi cahillər belə edirlər.
Talaq sanki bir silahdır və ondan yalnız çıxılmaz hallarda qədərində və ehtiyac olan qədər istifadə etmək lazımdır. Bu işdə səhlənkarlıq etmək olmaz.
Əgər kimsə talaq veribsə bu haqda yaxınlıqda olan şəriət qazilərindən fətva alsın. Yaxud ər-Riyad şəhərindəki Böyük Alimlər Heyətinə müraciət edib fətva alsın.