Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

Yanvar 24
19:23 2018
🎬

📥Yüklə (3.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Vitrdən sonra namaz qılmaq olmaz deyirlər, bu doğrudurmu?

Cavab:
Vitrdən sonra namaz qılmaq olar. Deyilənlər doğru deyil. Vitrdən sonra namaz qılmaq olar. Bu vaxt, namaz qılmaq üçün qadağan edilən vaxt deyil. Lakin daha yaxşı olar ki, gecəni vitr namazı ilə yekunlaşdırsın. Gecə namazını vitr ilə tamamlasın.

Elə olub ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) vitrdən sonra iki rükət qılıb. Bunu edib ki, ümmətinə bu əməldə qəbahət olmadığını bildirsin.

Əgər kimsə gecənin əvvəlində, yaxud ortasında vitr namazını qılıb, gecənin sonunda yenidən oyanıbsa, Allahın asanlaşdırdığı sayda: iki, dörd, altı, yaxud daha çox sayda namaz qılıbsa, eyb etməz. Məqsəd odur ki, vitrdən sonra namaz qılmaq qəbahətli deyil. Lakin daha yaxşı odur ki, gecənin sonunda gecə namazını vitr ilə tamamlayasan. Sonuncu rükəti bir rükətli olsun, bu sondur. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Gecə namazınızın sonunu tək rükətli edin.” (Buxari və Muslim rəvayət edib).

Digər xəbərlər