Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Xəstəliklərin çoxalma və tənbəlliyin artma səbəbi – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

Oktyabr 24
17:41 2017
🎬

📥Yüklə (5.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) az yeyib-içməyə təşviq edərək demişdir: “İnsanı ayaqda saxlayacaq bir-iki tikə yemək ona kifayətdir. Əgər daha çox yemək məcburiyyətində qalsa, o zaman mədəsinin üçdən birini yeməyə, üçdən birini içməyə, üçdən birini isə nəfəs almağa saxlasın.”

Allah buna uyğun əməl etməkdə bizə yardım etsin. Bu gün bir çox insanlar yemək süfrəsində oturanda o qədər çox yeyirlər ki, az qala yeməkdən sonra onu ayağa qaldıracaq adam lazım olsun. Yalnız Allahın rəhm etdiklərindən başqa.

Ona görə də bu gün təzyiq, şəkər və bu kimi xəstəliklər çoxalmışdır. Bütün bunların səbəbi köklükdür. O cümlədən tənbəllik də çoxalmışdır.

Əgər biz hədisə uyğun olaraq mədəmizin üçdən birini yeməyə, üçdən birini içməyə, üçdən birini isə nəfəs almağa saxlasaq, sağlam qalarıq.

Təəccüblü olan budur ki, qeyri müsəlmanlar bunu tətbiq edirlər. Mənə çox adam danışır və deyir ki, qərblilər adətən doyana qədər yemirlər. Bir az yeyir, sonra qalxıb iş görürlər. İşdən gəldikdən sonra oturub bir az da yeyirlər. Bu minvalla gün ərzində beş dəfə (az-az) yemək yeyirlər. Biz isə, “maşallah”.

Bəziləri çox yeməyi nə ilə əsaslandırırlar?!
Deyirlər ki, Əbu Hureyrə (Allah ondan razı olsun) qarın dolusu süd içir və Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona daha çox içməyi təklif edir. Əbu Hureyrə (Allah ondan razı olsun) isə qarnında yer olmadığını deyir.

Bəziləri aclıqdan ölmək üzrə olan bir insanın başına gələn bu hadisəni özlərinin bütün həyatı üçün (qarın dolusu yeməyə) əsas ediblər. Halbuki Əbu Hureyrə (Allah ondan razı olsun) aclıqdan ayaq üstə dayana bilmir və Allah bir qab süd qismət etmiş, o da qarın dolusu içmişdi.

Qardaşlar, Allah bizi az yeməyə və yalnız faydalı qida qəbul etməyə müvəffəq etsin.

Digər xəbərlər