Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Antalyada fırtına həyatı iflic edib – VİDEO

Fevral 11
19:18 2015

Fırtına səbəbindən yollar çöküb, gəmilər çevrilib…

“Sələf Xəbər”in Hurriyet.com.tr-yə istinadən məlumatına görə, Antalyanın Kaş bölgəsində şiddətli sel və fırtına həyatı iflic edib.

Kaş Qədim limanında sahilə çəkilən və turizm mövsümü öncəsi hazırlıq üçün təmirə dayanan turizm gəmiləri aşıb. Tonlarla ağırlıqda olan gəmilər çevrilib və maşınlar onların altında qalıb.

Ağ dəniz və Ege bağlantı yolu leysan yağış və fırtına səbəbindən çöküb.

İnsan tələfatı olmasa da, bir neçə nəfərin xəsarət aldığı bildirilib.

🎬

 Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax, buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər