Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərəb Dövlətləri Liqasının nazirləri Qahirədə toplandılar

Yanvar 11
17:01 2016

Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası nazirlərinin təcili toplantısı keçirilib.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, toplantıda Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cübeyr Ərəb ölkələrinin daxili işlərinə qarışan İrana qətiyyətli müqavimət göstərəcəklərini söyləyib.

Toplantıda Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyan İranda bir neçə dəfə diplomatlara və konsulluqlara qarşı bu cür hücumların həyata keçirildiyini deyib: “Bu hal, ya İran hökumətinin qurumları qorumaq istəməməsindən, ya da diqqətsizlik nəticəsində meydana gəlir”.

Misirin Xarici İşlər naziri Samih Şükrü isə son 10 ildə İran ilə Ərəb ölkələri arasında gərginlik yaşandığını qeyd edib.

Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Əl-Ərəbi İranın ərəb ölkələrinə müdaxilələrinə son verməsi üçün Ərəb ölkələrinə çağırış edib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan bir qrup şəxsin, o cümlədən şiə lideri Nimr ən-Nimrin edamından sonra kəskinləşib.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər