Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ermitaj muzeyində Quran əlyazmaları sərgisi keçiriləcək

Dekabr 15
15:45 2015

Sankt-Peterburq şəhəri Ermitaj muzeyində qədim Quran əlyazmaları sərgisi keçiriləcək.

Sərgilənəcək 10 nüsxə Quran arasında VIII-IX əsrlərə məxsus dünya əhəmiyyətli “Osman Quranı” adlı nüsxə də göstəriləcək. Səhifələrində qan ləkəsi izləri qalmış bu Quranın müqəddəs kitabı oxuduğu zaman xəvariclər tərəfindən qətlə yetirilən üçüncü xəlifə Osman bin Əffana aid olduğu güman edilir.

“Sələf Xəbər”in “РИА Новости” -yə istinadən məlumatına əsasən, sərgidə həmçinin Qahirədəki Əmr ibn As məscidinə məxsus Quranın da göstəriləcəyi planlaşdırılır. Müqəddəs kitabın əlyazmalarının çox hissəsi hal-hazırda Parisdə saxlanılır, digər hissələri isə Londonda və Vatikan kitabxanasında qorunur.

Sələf Xəbər: Qurani-Kərimin qədim nüsxələrinin qorunub saxlanılması İslam İrsinin qorunması baxımından əhəmiyyətlidir. Lakin qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır:

“Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir” (Müqəddəs Quran, Hədid surəsi, 9-cu ayə).

20-ci yüzilliyin məşhur islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) Müqəddəs Quranın oxumaqdan başqa məqsədlərlə, məsələn divarda bəzək şəklində asılması və s. kimi istifadəsi barədə soruşublar. Buna şeyx cavab verib:

“Biz Quranı layiqli şəkildə oxumalı, onun ehkamlarına riayət etməli, onun şanını uca tutmalı, hörmət etməli və təhqirlərdən və ona qarşı qeyri-düzgün münasibətdən qorumalıyıq, çünki Quran – Allahın, özündə yalnız həqiqəti əks etdirən kitabıdır və onda bir yalan da yoxdur. Biz ixtilafa düşdükdə onun ehkamlarına əsasən əməl etməli və hökm verməliyik. Uca Allah buyurur:

“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə).

Daha sonra şeyx deyir: “Əməlisaleh sələflərimizdən hər hansı birinin Qurandan çıxarışları lövhələrdə yazaraq və ya çərçivəyə salaraq daha sonra divardan asması barədə bizə məlum deyil. Əksinə, Quran onların ürəyinə yazılmışdı və onlar ona tamamilə riayət edir, oxuyur, əzbərləyir və onu digərlərinə öyrədirdilər. Qurandan çıxarışları lövhələrə yazmaq, çərçivəyə salmaq və s.-yə gəldikdə isə, əməlisaleh sələflərimizin bunu etdiyi barədə bizə məlum deyil. Və bu cür əməllərdə fayda yoxdur. Əksinə, belə halda Quranın təhqirə məruz qalması və layiqli şəkildə qorunmaması ehtimalı var”.

Digər xəbərlər