Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Fələstinə dair qətnamə qəbul edilmədi

Dekabr 31
19:56 2014

BMT Təhlükəsizlik Şurası Fələstin məsələsinə dair qətnamə layihəsini qəbul etməyib. İclasda sənədin qəbulunu təmin edəcək 9 səs toplamaq mümkün olmayıb.

Qətnamə layihəsini Rusiya daxil olmaqla yalnız 8 dövlət dəstəkləyib, əleyhinə iki dövlət – ABŞ və Avstraliya çıxış edib. Daha beş ölkə bitərəf qalıb.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, sənəd müstəqil Fələstin Dövlətinin yaradılmasını və Fələstin-İsrail münaqişəsinin tam nizamlanması üçün 12 ay müddət nəzərdə tutur. Qətnamə layihəsi, həmçinin, Fələstin Dövlətinin suverenliyinin təminatçısı olacaq “üçüncü tərəfin” nəzarəti altında 2017-ci ilin sonunadək İsrail qoşunlarının Fələstin ərazilərindən çıxarılmasını nəzərdə tutur.

Bundan başqa, sənəddə Şərqi Qüds də daxil olmaqla İsrailin 1967-ci ildən bu vaxtadək nəzarətinə keçmiş Fələstin torpaqlarında məskunlaşdırılma fəaliyyətinə tamamilə son qoymasının vacibliyi qeyd edilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)

Digər xəbərlər