Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Fələstinlilər Əl-Əqsaya İsrail bayrağı taxılmasına yol vermədi

Avqust 05
13:58 2015

Qüdsün Əl-Əqsa məscidini qoruyan fələstinli gənclər yəhudi fanatiklərin məscidin qübbəsinə İsrail bayrağı taxmaq cəhdinin qarşısını alıblar.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bir qrup dini ekstremist Əl-Haram əş-Şərif kompleksinin ərazisinə daxil olaraq, bayraq dirəyini bərkitmək istəyiblər. Bunu görən İsrail polisi fələstinlilərin radikalları məscid ərazisindən çıxarmaq xahişlərinə fikir verməyib.

Nəticədə hadisə toqquşmaya çevrilib. Livanın “Əl-Mayadin” kanalı bildirir ki, hadisə zamanı 3 adam yaralanıb. Onların arasında kitabxananın mühafizəçisi Əmr Ridvan da var. Polis 7 fələstinlini saxlayıb.

Bu hadisəyəcən Əl-Əqsa məscidi dəfələrlə yəhudi dini fanatiklərinin hücumuna mərz qalıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir. Bu Məhəmməd Peyğəmbər haqqında ilahi qayğının daha bir təzahürü idi. Allah ona arzu olunan məqsədə çatmağı hərtərəfli aslanlaşdırmış və onu öz sələflərindən və müasirlərindən üstün edən son dərəcə gözəl keyfiyyətlər bəxş etmişdir.
Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər