Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Husilər Səudiyyə Ərəbistanını atəşə tutub

Yanvar 08
18:31 2016

Ənsarullah hərəkatı (Husilər) Yəməndən Səudiyyə Ərəbistanının Cazan şəhərini minaatanlardan atəşə tutub.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, hücum zamanı 1-i uşaq olmaqla, 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Bundan əlavə, Səudiyyənin Hava Hücumundan Müdafiə Qüvvələri son 24 saat ərzində Yəməndən atılan 2 raketi məhv edib.

Qeyd edək ki, Husilər ötən ilin dekabrında Səudiyyənin 300 hərbi bölgəsini raketlərlə vurulacaq siyahıya salıb.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər