Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in daha 3 lideri öldürülüb

Dekabr 11
17:32 2015

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Stiv Uorren Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın keçirdiyi əməliyyat zamanı İŞİD terror xəvaric qruplaşmasının daha 3 liderinin məhv edildiyini bildirib.

“Sələf Xəbər”in Sputnik.az-a istinadən məlumatına görə, Stiv Uorrenin sözlərinə görə, hava zərbələri nəticəsində İŞİD terror xəvaric qruplaşmasının “maliyyə naziri” Əbu Salah və daha iki lideri məhv edilib.

Bundan əvvəl Pentaqon İŞİD terror xəvaric qruplaşmasının Liviyadakı qolunun lideri Əbu Nabilin məhv edildiyini təsdiqləyib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər