Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in raket istehsal edən mərkəzi dağıdılıb

Yanvar 04
17:58 2016

Fransa hərbi təyyarələri Suriyada İŞİD terror xəvaric qruplaşmasına məxsus və idarəolunmayan raket istehsalı ilə məşğul olan mərkəzini bombardman edib.

“Sələf Xəbər” Teleqraf .com-a istinadən bildirir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Aviareydi raketlərlə təchiz olunmuş dörd “Rafale” təyyarəsi həyata keçirib. Onlar koalisiya qüvvələri ilə birgə hərəkət edib” – xəbərdə qeyd edilir.

Məlumata görə, raket istehsal edən mərkəz Hələb şəhərinin şərqindən bir neçə kilometrlik məsafədə yerləşir.

Bundan az öncə ABŞ xüsusi təyinatlılarının İraqda 15 İŞİD terror xəvaric qruplaçması üzvünün məhv elədiyi haqda xəbər yayılmışdı.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər