Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-in rəsmi nümayəndəsi yaralanıb

Yanvar 08
19:07 2016

İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətində endirdiyi zərbə nəticəsində İŞİD terror xəvaric qruplaşmasının rəsmi nümayəndəsi hesab edilən komandirlərindən biri yaralanıb.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, bu barədə “Röyters”ə İraq hərbçiləri bildiriblər.

“Barvana rayonuna endirilən zərbə nəticəsində İŞİD terror xəvaric qruplaşması nümayəndəsi Əbu Məhəmməd əl Adnani adlı terrorçunun yaralanmasına dair məlumatlar təsdiqlənib”, deyə hərbçilərin açıqlamasında qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl bəzi kriminoloq-ekspertlər Parisdəki terror aktlarının təşkilatçısının Abdülhəmid Abaud yox, məhz Əbu Məhəmməd əl Adnaninin olduğunu qeyd ediblər.

“Sunday Times”ın məlumatına görə, ABŞ-ın beynəlxalq terrorçuların siyahısına daxil edilmiş Əbu Məhəmməd əl Adnani azı beş ölkədə – Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Belçikada terror qruplaşmalarının fəaliyyətinə görə cavabdehdir.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər