Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD İraqda xlorlu mərmilərdən istifadə edib

Aprel 23
18:14 2015

İŞİD terror xəvaric qruplaşmasının silahlıları İraqın Ramadi şəhərini zəhərləyici xüsusiyyətə malik, xlorlu mərmilərdən istifadə etməklə minaatanlardan atəşə tutub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu səbəbdən şəhəri müdafiə edən hərbçilərdə zəhərlənmə və boğulma halları müşahidə edilib.

Hazırda İraqın Ramadi şəhəri ətrafında qızğın döyüşlər gedir. Qeyd edək ki, hərbi əməliyyatlar nəticəsində 100 min sakin evini tərk etmək məcburiyyətində qalıb.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər