Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD üç qəbilə başçısını edam edib

Aprel 14
19:06 2015

İŞİD terror xəvaric qruplaşması İraqın şimalında amansız edamlar həyata keçirib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaçması silahlıları Mosulda üç iraqlı qəbilə başçısını edam edib.

Şahidlər bildirir ki, qəbilə başçıları İŞİD terror xəvaric qruplaşmasının şəhərdə hakimiyyətini tanımadıqları üçün öldürülüblər.

Edam edilənlər yerli qəbilələr tərəfindən ən hörmətli şəxslər hesab olunurdu.

Qeyd edək ki, bundan əvvəl isə İŞİD terror xəvaric qruplaşması silahlılarının İraqın qərbindəki Ənbar əyalətində 35 nəfəri edam etdiyi bildirilirdi.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam Dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam Dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların- İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər