Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kral Salman Obamanı namaza görə belə gözlətdi – VİDEO

Yanvar 29
17:29 2015

ABŞ Prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı maraqlı anlar yaşanıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, səfər zamanı Obama bir neçə dəqiqə Kral Salman ibn Əbdüləzizi qırmızı xalçanın üstündə gözləməli olub.

Kral Salmanla Prezident Obama söhbət etdikləri əsnada əsr namazının azanı oxunub. Bu zaman Kral Salman Obamanı elə oradaca tək qoyaraq namaz qılmağa gedib.

Həmin videonu sizə təqdim edirik:

🎬

 Sələf Xəbər: Uca Allah buyurur: “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun”. (Qurani -Kərim, “Bəqərə” surəsi, 238-ci ayə)

Bu o deməkdir ki, namazları layiqincə, bütün şərtlərinə əməl edərək vaxtında qılın və xüsusilə, günortadan sonrakı (əsr) namazını. (Bax: “Təfsir İbn Kəsir” 1/578, “Təysirul Kərimir-Rahmən”, 97)

Digər xəbərlər