Misirdə benzinin qiyməti qalxdı
1. 092 dəfə baxılıb
əl-Ərəbiyə xəbər verir ki bazar günündən etibarən Misir hökuməti benzinin qiymətini 78% bahalaşdırıb. Bu qiymət artımı yalnız sərnişindaşıma sektorundan yan keçib. Misirdə “kasıbların benzini” ləqəbi daşıyan 80 markalı benzin 0.90 liradan 1.60 lirəyə, 92 marka benzin isə 1.85 lirədən 2.60 yüksəlibdir.
Bununla da Misir hökuməti 2014-2015-ci illərdə üzərinə düşən benzinin qiymətinin dotasiya yükünü 100.3 milyard 44 milyarda endirməyi planlaşdırır. Misir hökuməti rəsmisi qiymət artımından öncə bu məsələnin diqqətlə araşdırdığını, bu artımın qida məhsullarının qiymətinə olan təsirinin minimuma endiriləcəyinə söz vermişdir.
Digər tərəfdən Misirin yeni seçilən prezidenti Əbdülfəttah Sisi hökumətin bu qərarını dəstəklədiyini son çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə bu qiymət artımı dövləti borc içində batmaqdan xilas edəcək. (Misir hökumətinin xarici borcu 417 milyarda yaxındır).
Sisi öz növbəsində terrorçu “Müsəlman qardaşları” təşkilatının qiymət artımını bəhanə edərək xalqı dövlətə qarşı çıxmaq çağırışlarına qarşı kəskin etirazını bildiribdir.
Qeyd edək ki, Misirdə sonuncu dəfə qiymət artımı 2008-ci ildə aparılmışdır.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”.(Müqəddəs Quran, “Nisa” surəsi, 59)