Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Orta Asiya ölkələri arasında ən böyük məscid bu ölkədə tikilir

Oktyabr 21
16:21 2015

“Sələf Xəbər” sputnik.az-a istinadən bildirir ki, Orta Asiyanın ən böyük məscidi Qırğızıstanda tikilir. Məscidin ərsəyə gətirilməsini Türkiyə Diyanət Vəqfi öz üzərinə götürüb.

Paytaxt Bişkekdə tikintisi davam edən məscid Mərkəzi Asiyanın ən görkəmli və ən böyük məscidi ünvanını alacaq.

Məscid 35000 kvadrat metrlik ərazi üzərinə inşa edilir. Məscidin həyətindəki 7500 kvadrat metrlik sahəyə isə din xidmətləri müşavirliyi ilə Qırğızıstan Müftilik binası inşa ediləcək.

Məscid hazır olduqdan sonra 20 min insan eyni anda namaz qıla biləcək.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər