Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Peyğəmbər məscidinin xütbələri 6 dildə yayımlanacaq

Oktyabr 19
16:52 2015

Mədinədə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məscidində cümə xütbələri 6 dilə tərcümə ediləcək.

Ərəb, ingilis, fransız, urdu, hausa, çiçeva və türk dilinə tərcümə olunmuş xütbələr radio vasitəsilə Fm tezliklərində yayımlanacaq. Bundan əlavə, müvafiq mətnlər layihənin veb səhifəsində də dərc olunacaq. Bu barədə “The Premium Times” xəbər verir.

Peyğəmbər məscidinin Tərcümə şöbəsinin direktoru Abdullah al-Xəttab bildirir ki, indiyə kimi tərcümədən məscidə gələn 300 min zəvvar və məscid ziyarətçisi faydalana bilib.

Yeni layihə sayəsində isə cümə xütbəsini müxtəlif millətlərdən olan müsəlmanlar da dinləyib anlaya biləcəklər. Bunun üçün məscidə gələnlərə sinxron tərcüməni dinləmək üçün cihazlar paylanacaq.

“Layihə dünyanın hər yerindən Peyğəmbər məscidinə gələnlərə göstərilən yüksək xidmət üçün olduqca əhəmiyyətli və səmərəli xarakter daşıyır”. – Abdullah əl-Xəttab qeyd edir.

Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci fayda – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi” (“Cümə xütbələrinin toplusu”).
Məşhur orta əsr alimi Əhməd ibn Abdu Saləm (Allah ona rəhmət etsin) demişdir: “Məscidlər ümmətin toplandığı yer olub. Orada rəhbər imamlarla görüşmək olardı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz hörmətli məscidini təqva əsasında qurub. Orada namaz qılar, Quran oxuyar, Allahı zikr edər, elm alar və nitq və xütbə söyləyərdilər. Beləliklə, müsəlmanlar öz dinləri və dünyəvi həyatları ilə əlaqəli hər hansı mühüm məsələ səbəbilə məsciddə toplaşardılar” (“Cümə xütbələri toplusu”).

Digər xəbərlər