Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 08.03.2015

Mart 08
10:29 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

MTN ağır cinayətlərdə şübhəli bilinən təkfirçi dəstəni zərərsizləşdirib


Azərbaycanda şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq istəyən terrorçu dəstə zərərsizləşdirilib.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında terrorçuluğa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu saxlanılmışlar. Daha ətraflı

🌎

Azərbaycanlı İŞİD-ə maliyyə yardımı etməkdə ittiham olunub


Beynəlxalq terror təşkilatını maliyyələşdirməkdə ittiham olunan azərbaycanlı şəxs saxlanılıb.
“Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, istintaq zamanı məlum olub ki, İŞİD terror xəvaric qruplaşmasına maliyyə yardımı edən şəxs Rusiyanın Lipetsk vilayətinin sakini, alma satan azərbaycanlıdır.
Rusiya hüquq mühafizə orqanlarının araşdırmasından sonra, sözügedən şəxs haqqında “Terror fəaliyyətinə yardım” maddəsi ilə cinayət işi qaldırılıb. Daha ətraflı

🌎

Ərdoğan ümrə ziyarətində – VİDEO


Xəbərdarlığa baxmayaraq, zəvvarlar prezidenti alqışlarla qarşılayıb.
Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ümrə ziyarəti üçün Məkkə şəhərinə gedib. Daha ətraflı

🌎

Səudiyyəli milyarder Racihi kasıblığı tərcih etdi – VİDEO


Məhşur milyarder Süleyman ər-Racihinin muzeyində olan 70 il bundan əvvəlki taxta kassa aparatına baxdıqda insan istər-istəməz onun kasıblıq illərini yad etmiş olur.
“Sələf Xəbər” alanba.com.-a istinadən bildirir ki, o zamandan bəri Süleyman ər-Racihi nail olduğu böyük müvəffəqiyyətlərlə qazandığı sərvətlərindən ticari layihələr, daşınmaz əmlaklar və müxtəlif mülklər əldə edib. Daha ətraflı

🌎

Mübariz Qurbanlı: “Radikal qrupların fəaliyyət göstərməsinə imkan verməyəcəyik”


“Ölkədə radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə iş gedir və bu iş davam edəcək”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Təhlükəsizlik Nazirliyinin ölkədə dini dövlət qurmaq niyyətində olan mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib. Daha ətraflı

🌎

“Samsung” yeni cihazlarını satışa çıxarır


“Samsung” şirkəti yeni mobil telefonlarını təqdim edib.
“Sələf Xəbər” “A24.az” istinadən məlumat verir ki, “Galaxy S6″ və “Galaxy S6 Edge” adlı yeni cihazları ilk dəfə sərgilənib. Bu telefonlar Barselonada keçirilən Mobil Dünya Konqresində tanıdılıb. Daha ətraflı

🌎

İŞİD komandirlərini xəyanətkar adıyla edam edib


“İŞİD terror xəvaric qruplaşması İraqda özünün 11 komandirini edam edib”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı İranın “Fars” agentliyi yayıb.
Komandirlərin öldürülməsinə səbəb onların İraq ordusunun hücumuna tab gətirməyərək Tikrit şəhərindən qaçması olub. Daha ətraflı

🌎

Türkiyə Prezidenti: “…Ermənistanla sərhədləri aça bilmərik”


“Putin, Olland və Obama ilə söhbətlərimizdə onlar “maraqlandıq, maraqlanacağıq” deyirdilər, hələ heç bir nəticə yoxdur”.
“Qarabağ məsələsində addım atılmadıqca, Ermənistanla sərhədləri aça bilmərik”. Daha ətraflı

🌎

Ən çox əsgəri olan ölkələr siyahısında Azərbaycan da yer alıb


“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, adı açıqlanan ölkələrdən bəzilərinin ordusu, hətta, ümumi əhalinin sayının yarısı qədərdir.
Əsgərlərinin sayına görə önə çıxan ölkələr arasında Əfqanıstan 200 minlik əsgər sayı ilə diqqət çəkir. Bu ölkə dünya üzrə əsgərlərinin sayına görə, 52-ci yerdədir. 451 min 425 əsgəri olan Almaniya isə dünya ölkələri arasında 29-cu pillədə qərarlaşıb. Daha ətraflı

🌎

Avtomobil üçün Wi-Fi modem


Hazırda Barselonada davam edən Dünya Mobil Konqresində ən son mobil texnologiyalar nümayiş olunur.
“Sələf Xəbər” Gün.Az-a istinadən xəbər verir ki, onlardan biri də Huawei şirkəti tərəfindən nümayiş olunan CarFi sistemidir. Daha ətraflı

🌎

Digər xəbərlər