Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 13.03.2016

Mart 13
11:47 2016

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Rəhbərlərə itaətə çağırmaq yaltaqlıqdırmı? – Şeyx İbn Useymin


“Sələf Xəbər” redaksiyası Şeyx İbn Useyminin (Allah rəhmət etsin) mühüm suallara cavabını sizə təqdim edir.
Müdrik alim Muhəmməd bin Saleh bin Useymin (Allah rəhmət etsin) 15 ildən çoxdur ki, dünyasını dəyişib. O, sağlığında ümmətin real vəziyyətini, gələcəkdə qarşılaşacağı fitnə və sınaqlar haqqında danışmışdır. Biz də bu gün onların bir hissəsini yaşamaqdayıq. Vəfatından beş il öncə İslam ümmətini narahat edən məsələlər barədə ona ünvanlanan önəmli sualları cavablandırmışdır. Daha ətraflı

🌎

Azərbaycan-Qətər sənədləri imzalandı


Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması olub.
“Sələf Xəbər”in President.az-a istinadən xəbərinə görə, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Qətərin Nəqliyyat naziri Cassem bin Saif Al Sulaiti imzalayıblar. Daha ətraflı

🌎

“Bu, Məhəmmədin (Allahın ona salavat və salamı olsun) ordusudur” – FOTO


İslam Ordusunun keçirdiyi hərbi paradın görüntüləri yayınlanıb.
“Sələf Xəbər” alarabiyaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Şimal şimşəyi” adı altında keçirdiyi hərbi təlim Kral Salman bin Əbdüləzizin iştirakı ilə keçirilən parad mərasimi ilə yekunlaşıb. Daha ətraflı

🌎

Zakir Həsənov: “Ordumuzun döyüş qabiliyyətini daha da artıracağıq”


Martın 11-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib.
“Sələf Xəbər” Nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrin ərazisindəki qərargahlar, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərcikləri, sıra meydanları, tibb məntəqələri, hamam-camaşırxana-qazanxana kompleksləri və digər inzibati obyektlər ilə tanış olub. Daha ətraflı

🌎

Üsyankar düşüncənin fəsadı – Muhəmməd bin Saleh əl-Useymin – VİDEO


Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) üsyankar düşüncənin təhlükəsi haqqında danışır və bu fikirdən uzaq durmağı tövsiyə edir. Ələlxüsus şəriət elminə yiyələnmiş insanların bu növ fikirdə olmasının təhlükəli olduğunu bildirir və şəriət elm adamlarını bu fikirlərdən uzaq durmalı olduğunu bildirir.
“Sələf Xəbər” redaksiyası video formatlı tərcüməni sizə təqdim edir. Daha ətraflı

🌎

İŞİD-in mühüm sirri açılıb


Britaniyanın Sky News telekanalı “İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının mənsubları ilə bağlı 22 min fayla yiyələnib.
Fayllarda terrorçuların ad və soyadları, telefon nömrələri, ev ünvanları, ailə üzvləri və qohumları barədə məlumatlar var.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, söhbət 51 ölkənin vətəndaşlarından gedir. Daha ətraflı

🌎

Yumurta qabığının möcüzəvi faydaları


Yumurtanın qabığı ağı və sarısından da faydalıdır. Hətta 1 yaşa kimi körpənin menyusuna onu mütləq daxil etmək lazımdır.
Yumrurta qabığının tərkibinin 90% kalsium karbonatından ibarətdir. Gündəlik qidamızın kasad olduğu mis, dəmir, manqan, fosfor, kükürd, sink və silisium və molibden kimi maddələr ilə zəngindir. Daha ətraflı

🌎

Azərbaycan Şərqi Avropada ən təhlükəsiz ölkələrdəndir


“Əvvəlki illərdə olduğu kimi ötən ildə də respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə (277) MDB və Şərqi Avropa Məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır”.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında bildirilir. Daha ətraflı

🌎

Atom bombası daşıyan rus təyyarələri Avropanı təşvişə salıb


Rusiyanın iki strateji bombardmançısı Fransa və İngiltərəni qarışdırdı.
La-Manş boğazı üzərindən uçan iki Rusiyaya aid Tu-160 tipli strateji bombardmançı təyyarə Avropada böyük panikaya səbəb olub.
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, Fransa və İngiltərəni bir-birindən ayıran La-Manş boğazı üzərindən uçan rus bombardmançıları hər iki ölkənin radarları tərəfindən görünüb və hərbi dairələrdə böyük təşvişə səbəb olub. Daha ətraflı

🌎

Suriya əhalisi Raqqada İŞİD-ə qarşı üsyana qalxıb


Şəhər əhalisi terrorçulara qarşı çıxaraq bir neçə məhəllədə Suriyanın dövlət bayrağını qaldırıb.
“İslam Dövləti”- İŞİD terror xəvaric qruplaşması özünün “paytaxt”ı elan etdiyi Suriyanın Rakka şəhərinin əhalisi üsyana qalxıb. Şəhər əhalisi terrorçulara qarşı çıxaraq bir neçə məhəllədə Suriyanın dövlət bayrağını qaldırıb.
“Sələf Xəbər” Sputnik-ə istinadən xəbər verir ki, şahidlərin məlumatına görə, Rakkanın 5 məhəlləsində binaların üstündə Suriyanın dövlət bayrağı qaldırılıb. Daha ətraflı

🌎

Digər xəbərlər