Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 21.02.2016

Fevral 21
09:39 2016

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Rəhbərin camaat üzərində olan haqları


Rəhbərin öz işini layiqincə yerinə yetirməsi üçün camaat rəhbərə qarşı olan münasibətlərini lazımi səviyyədə yerinə yetirməlidirlər. Çünki camaat bu işdə rəhbərlə ortaqdırlar. Kəəb əl-Əhbar demişdir: “İslamın, rəhbərin və camaatın misalı, çadır, dirək, ip və paya timsalındadır. Çadır misalı İslam, dirək rəhbər, ip və payalar isə insanlarıdır. Bunların biri digərini tamamlayır”. Daha ətraflı

🌎

Gələn il Azərbaycanda İslam bankı fəaliyyət göstərə bilər


Hazırda hökumət yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir.
Gələn ilin əvvəlində Azərbaycanda ilk müstəqil İslam bankı açıla bilər. Daha ətraflı

🌎

Ankarada törədilən dəhşətli terror aktı nəticəsində ölənlərin sayı artıb – VİDEO


Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, Türkiyə hökümətinin sözçüsü Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 61 nəfər də yaralanıb. Daha ətraflı

🌎

Ərdoğan hədələdi: “Əgər kürdlərə dəstək verməkdə davam etsəniz, incirlik bazasını bağlayacağıq!”


“Sələf Xəbər”in xarici mənbələrə istinadən məlumatına əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Hərbi Hava Qüvvələrinin hava uçuşları üçün istifadə etdiyi “İncirlik” aviabazasını bağlayacağı ilə hədələyib. Daha ətraflı

🌎

“Rusiya Suriyada istənilən müdaxiləyə reaksiya göstərəcək”


Suriya kürdlərinin nümayəndəsi: “Türkiyənin Suriyaya müdaxiləsi böyük müharibəyə səbəb olacaq”.
“Rusiya Türkiyənin Suriyaya daxil olacağı təqdirdə, kürd üsyançıları müdafiə edəcəyinə söz verib, ona görə də Ankara tərəfindən atıla biləcək belə addım böyük müharibəyə səbəb olacaq”. Daha ətraflı

🌎

İslam irsini Avropada əks etdirən 10 məscid – FOTO


1. İspaniyanın Əl-Əndəlus əyalətinin keçmiş paytaxtı Kordoba şəhərində İslam mədəniyyətinin izləri bu günə qədər saxlanılmaqdadır. Ərəb xilafətinin vaxtında burada bir çox məscidlər inşa olunsa da onlardan ən görkəmlisi “Mesheti” məscididr. Daha ətraflı

🌎

Ömründə bir dəfə də müsəlman görməyən şotlandiyalı İslamı qəbul edib.


Şotlandiya sakini Alan Runey həyatı boyu heç bir müsəlmanı tanımadığı və söhbət etmədiyi halda, özü İslamı qəbul edərək müsəlman olub.
İslam dininə maraq Alan Runeyin Türkiyəyə ilk səfəri zamanı yaranıb. Belə ki, azan səsini eşidən şotlandiyalı qarşısına çıxan kitab mağazasından “Qurani-Kərim” alaraq onu oxumağa başlayıb. Daha ətraflı

🌎

Avropa 30 ildən sonra İslam qitəsinə çevriləcək


Avropalı ekspertlər bildiriblər ki, Avropa İttifaqı ölkələri bir neçə onillikdən sonra müsəlman dövlətinə çevrilə bilər.
Ekspertlər Avropada əhalinin doğum əmsalını təhlil edərkən belə bir nəticəyə gəliblər. Göstəricilərə əsasən, hal-hazırda Avropa İttifaqı ölkələrində doğum əmsalı 1,3 rəqəmini təşkil edir. Növbəti 25 il ərzində yaşama dərəcəsini artırmaq üçün bu göstərici 2,2 olmalıdır. Bunun üçünsə hər ailədə ən azı 2 uşaq doğulmalıdır. Daha ətraflı

🌎

“Türkiyə Suriyaya qoşun yeritməyəcək”


“Türkiyə təkbaşına Suriya ərazisinə qoşun yeritmək niyyətində deyil”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik bəyan edib. Daha ətraflı

🌎

Səudiyyə “yer-hava” tipli raketlə Suriyada müxalifətin gücünü dəyişə bilər


Səudiyyə Ərəbistanı Suriya müxalifətini “yer-hava” tipli raketlə təmin edə bilər.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Şpigel” qəzetinə müsahibəsində Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Adil Cübeyr deyib. Onun sözlərinə görə, bu həyata keçirilərsə, silahların yanlış əllərə düşməməsinə ciddi nəzarət etmək lazımdır: Daha ətraflı

🌎

Digər xəbərlər