Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 22.03.2015

Mart 22
10:23 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

İlham Əliyev (Allah onu qorusun): “Heç bir ölkə qarşısında öhdəlik götürməmişik”


“Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir”.
“İki gün əvvəl qədim türk torpağı olan Qars şəhərində start verdiyimiz TANAP layihəsi tarixi layihədir. TANAP layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli hissəsidir”. Daha ətraflı

🌎

İslamda müsəlman rəhbərlər üçün dua etmək


Sələf Xəbər Samin Məmmədovun “Dua və əhkamları” kitabından olan bir hissəni sizə təqdim edir:
Mövzunun adından məlum olduğu kimi duanın ədəblərindən biri də müsəlmanların rəhbərləri üçün dua etməsidir. Məlumdur ki, onların əli ilə Allahın istəyindən sonra ölkədə əmin-amanlıq və sakitlik olur, işlər nizama salınır, düşmənlə döyüş edilir. Əgər onlar olmazsa, ölkədə əmin-amanlıq və sakitlik yox olar, qarışıqlıq baş alıb gedər, oğurluq, ölüm-itim və s. çoxalar. Daha ətraflı

🌎

Quranın yeni bir möcüzəsi: Səma cisimləri yerə niyə düşmür?!


“Sələf Xəbər” “əl-Kull” saytına istinadən həqiqətən də, Quranın haqq olduğunu sübut edən yeni bir Quran möcüzəsini sizə təqdim edir:
Allah -Təala buyurur: “Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni xaric yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!” (“əl-Həcc”, 65) Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanının Baş müftisindən müsəlmanlara nəsihət


“Sələf Xəbər” “əl-Ukaz” qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Baş müftisi Şeyx Əbdüləziz əl-Şeyx bəyan etmişdir ki, əhdə sadiq qalmaq, fitnəkarları və cinayətkarları gizlətməmək, onlara sığınacaq verməmək və insanları aldatmamaq müsəlmanın gözəl əxlaqındandır.
Həmçinin qeyd edib ki, müsəlman, ümməti və qardaşları üçün xeyir istəyər, qohum-əqrəbasına hörmət edər, onlarla əlaqə yaradar və onların pis davranışlarını əfv edər. Daha ətraflı

🌎

1200 illik üzükdə “Allah” kəliməsi – FOTO


İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid qadın məzarından tapılmış üzük Skandinaviya və İslam dünyası arasında yaxın əlaqələrin olduğunu sübut edir.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, 1800-cü illərin sonlarında “Birka” adı ilə tanınan vikinq ticarət mərkəzində aparılmış qazıntılar zamanı gümüş üzük tapılmışdı. Üzərində ərəb hərfləri ilə “Allah üçün” və ya “Allaha” yazılan üzüyün ticarət malı olaraq satıldığı və bölgəyə bu yolla gətirildiyi zənn edilir. Daha ətraflı

🌎

Qurani-Kərim brayl əlifbası ilə nəşr olunacaq


Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi brayl əlifbası ilə nəşr olunacaq.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edib. Daha ətraflı

🌎

Bu günə qədər İŞİD 2 min nəfəri edam edib


“İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması 2014-cü ilin iyun ayından bu günə qədər Suriyada iki minə yaxın əsiri edam edib.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, öldürülənlərin əksəriyyəti mülki vətəndaşlardır.
Onlardan 6 nəfəri uşaq, 8-i isə qadındır. Əsirlər arasında öldürülənlərdən 200 nəfəri xristiandır. Daha ətraflı

🌎

Alman jurnalı: Mikrodalğalı sobada isidilən yemək ziyanlıdırmı?


“Sələf Xəbər” “əl-Ənbə” qəzetinə istinadən deyir ki, bir çoxlarının zənninə görə, mikrodalğalı soba ilə qızdırılan yeməyin səhhətə ziyanı var və onun elektromaqnit şüaları yeməkdə xərçəng xəstəliyinə səbəb olan maddələr yaradır. Bu doğrudur, yoxsa insanların beynində olan yalnız bir zənndir? Bu cihazda bişirilməsi məsləhət görülən müəyyən yeməklər varmı? Daha ətraflı

🌎

Rusiya alimlərindən dünyanı heyrətə salacaq bir ilk – FOTO


“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, rusiyalı alimlər bir dəfəyə 7 min kilometr məsafə, saatda nə az nə çox, 2 min kilometrdən çox yol qətetmə qabiliyyətinə malik təyyarələr üzərində çalışır. “PAK TA” adı verilən layihə həyata keçərsə, Rusiya ordusunun tankları və ağır silahları 7 saat ərzində dünyanın istənilən nöqtəsinə çata biləcək. Daha ətraflı

🌎

Uçan avtomobilin qiyməti və satışı müəyyən oldu – FOTO


Uçan avtomobil “AeroMobil” haqqında yeni məlumatlar açıqlanıb.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, “AeroMobil”-in icraçı direktoru Juray Vazulik Slovak dizayner Stefan Kleyn tərəfindən hazırlanan uçan avtomobili 2017-ci ildə bazara təqdim edəcəklərini açıqlayıb. Daha ətraflı

🌎

Digər xəbərlər