Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 24.01.2016

Yanvar 24
13:19 2016

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin): “Manatın məzənnəsi ədalətlidir”


“Biz artıq əlimizdən gələni etdik”.
“Neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik”. Daha ətraflı

🌎

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO


Bəzi insanlar deyirlər ki, Allahın hökmü ilə idarəçilik etməyən rəhbər üçün “Hafizahullah” (Allah onu qorusun) sözünü deyib dua etmək olmaz. Bu nə dərəcədə doğrudur? Daha ətraflı

🌎

Şəhidlər məscidi istifadəyə veriləcək


“Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilən və yenidən təmir işlərinə bağlanan Şəhidlər məscidi yaxın zamanlarda yenidən istifadəyə veriləcək”. Daha ətraflı

🌎

Saqqal sağlamlıqdır? – Elmi araşdırma


Amerikalı alimlər aparılan tədqiqatlar zamanı belə bir nəticəyə gəiblər ki, saqqallı kişilər üzlərini hər gün təraş edənlərə nisbətən mikrobların təsirinə daha az məruz qalırar. Daha ətraflı

🌎

Müsəlman ölkələrinin deputatları Bağdada yığışır


Toplantıda Qarabağın işğalı məsələsinə də baxılacaq.
Yanvarın 24-25-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 11-ci sessiyası keçiriləcək. Daha ətraflı

🌎

Rusiya qırıcılarının bombardmanı nəticəsində Suriyada daha 50 dinc sakin öldü


Çoxlu sayda insan yaralanıb.
Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şərqindəki Deyruz Zor vilayətinə bağlı Bolil və Tabiye kəndlərini bombalaması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla, 50 dinc sakin həlak olub. Daha ətraflı

🌎

“Buna əsla izn verməyəcəyik” – Ərdoğandan Putinə sərt xəbərdarlıq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın ölkəsinin Suriya ilə sərhədində hərbi baza qurmaq planlarına imkan verməyəcəklərini deyib.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Cümə namazından sonra media qarşısına çıxan Ərdoğan Rusiyanın PKK-nın Suriya qolu PYD ilə birlikdə hərbi baza qurmaq planlarından danışıb. Daha ətraflı

🌎

Ordumuz dünyanın ən güclüləri sırasındadır


Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bu barədə “U.S. News and World Report” nəşrinin hazırladığı hesabatda bildirilir.
Ümumilikdə, reytinqdə 60 ölkə yer alıb. Azərbaycan ümumi sıralamada 38-cidir. Daha ətraflı

🌎

“Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri təkmilləşdirir”


“Türkiyə, Azərbaycan və Qazaxıstan TAKM layihəsi çərçivəsində birgə silahlı qüvvələrin təkmilləşdirilməsi üzrə işlər aparır”.
“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bunu Türk Xəbərlər Xidmətinə eksklüziv müsahibəsində Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyib. Daha ətraflı

🌎

85 ildən sonra yağan ilk qar – Foto və Video


Səudiyyə Ərəbistanında son 85 il ərzində görünməmiş hadisə baş verib.
“Sələf Xəbər”in xarici mənbələrə istinadən məlumatına əsasən 2016-cı ilin yanvar ayında səudiyyəlilər son 85 il ərzində ilk dəfə bu ölkədə qar yağdığının şahidi olublar.
Hətta sürücülər Məkkədən Mədinəyə kimi uzanan yolların buz bağlaması ilə əlaqədar olaraq yollarda sürəti azaltmaq məcburiyyətində qalıblar. Daha ətraflı

🌎

Digər xəbərlər