HƏFTƏNİN YEKUNU – 28.02.2016
1. 035 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Suriyada atəşkəs rejimi qüvvəyə mindi
Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə atəşkəs rejimini dəstəkləyən qətnamə qəbul edib. Daha ətraflı
Rəhbərin xoşagəlməz əməli qarşısında nə etməliyik? – VİDEO
“Sələf Xəbər” sizə müdrik sələfi alimi Şeyx Muhəmməd bin Saleh əl-Useyminin rəhbərlər mövzusuna aid səhih hədisinə dair şərhini təqdim edir.
“Kim əmirindən (rəhbərindən) xoşuna gəlməyən bir şey görərsə, səbr etsin. Həqiqətən kim rəhbərin itaətindən bir qarış ayrılsa, cahiliyyət ölümü ilə ölər.” (əl-Buxari: 7053) Daha ətraflı
Türkmənlərdən Əsəd əsgərləri və ruslara cavab
Suriyanın Latakia şəhərinin Cəbəl Əkrad və Türkmən Dağı bölgələrində 3 Rus və 30-dan çox Əsədə bağlı rejim əsgəri öldürülüb.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, müxaliflərin nəzarətində olan Cəbəl Əkrad və Türkmən Dağı bölgələri Rusiya qırıcıları və Əsəd qüvvələri tərəfindən ağır bombardmana məruz qalmaqdadır. Məhdud imkanlara sahib olan müxaliflər Əsəd qüvvələrinin irəli getməyinin qarşısını almağı bacarıb. Daha ətraflı
DNT testi Ankarada terror aktını törədəni müəyyən etdi
DNT testi Ankarada terror aktını törədən şəxsin kimliyini müəyyən edib.
Türkiyə polisi fevralın 17-də Ankarada terror aktını törədən şəxsin kimliyini müəyyənləşdirib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, terror aktını Suriya vətəndaşı Salih Nejdər deyil, Türkiyə vətəndaşı Əbdülbaki Somer törədib. Daha ətraflı
Türkiyə ordusunun “S-400”ü “kor edən” texnikası – FOTO
Ordu sıralarına yeni texnika daxil edilib.
Türkiyənin “Aselsan” dövlət korporasiyasının istehsalı olan yeni KORAL (Radar Electronic Attack System) hava hücumundan müdafiə sistemi Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən verdiyi məlumata görə, tam adı KORAL Mobil Elektronik Hərb Sistemi olan bu texnika raket, təyyarə və radar sistemlərini yararsız vəziyyətə gətirə bilir. Daha ətraflı
Rusiya Ermənistandakı bazasını modernləşdirilmiş qırıcılarla gücləndirib
Rusiya Ermənistandakı bazasını qırıcı təyyarələrlə gücləndirib.
Rusiya Ermənistandakı aviabazasına (Erebuni) dördüncü nəsil MiQ-29, modernləşdirilmiş MiQ-29S və modernləşdirilmiş MiQ-8MT nəqliyyat helikopterləri göndərib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ötən günlərdə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Daha ətraflı
Azərbaycan ikinci peykini orbitə buraxmağa hazırlaşır
Azərbaycanın “Azerspace-2” ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb.
“Sələf Xəbər” ATV.az-a istinadən məlumat verir ki, bunu “Azərkosmos” ASC-nin peyk əməliyyatları üzrə qrupunun rəhbəri Dunay Bədirxanov deyib. Daha ətraflı
Türkiyədə yeni təhlükəsizlik konsepsiyası hazırlanır
Türkiyə Ankarada terror aktından sonra yeni təhlükəsizlik konsepsiyasının hazırlanmasına başlayıb.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu brifinq zamanı deyib. Daha ətraflı
Azərbaycan Avropanın ən böyük silah idxalçısı oldu
Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu dünya silah ticarəti barədə növbəti hesabatını dərc edib: İxracatçılar sırasında ABŞ və Rusiya liderdir.
“Sələf Xəbər” Sputnik.az-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) bü gün açıqladığı dünya silah ticarəti barədə növbəti hesabatında məlumat verilir. Daha ətraflı
Sələfin zalım rəhbərə münasibəti
“Sələf Xəbər” sizə müdrik sələfi alimi Şeyx Muhəmməd bin Saleh əl-Useyminin zalım rəhbərə münasibət mövzusuna aid səhih hədisin şərhini təqdim edir.
Zubeyr bin Ədiyy deyir ki, biz Ənəs bin Malikin (Allah ondan razı olsun) yanına gəlib Həccac bin Yusufun etdikləri barədə ona şikayət etdik. O dedi: “Səbr edin, siz Rəbbinizin hüzuruna gedənə qədər hər gələn gün ötən gündən daha şərli olacaqdır. Mən bunu sizin Peyğəmbərinizdən (ona Allahın salavatı və salamı olsun) eşitmişəm.” Daha ətraflı