Sələf Xəbər


SON XƏBƏRLƏR, SUAL-CAVAB

 Son Xəbərlər

Dekabr ayı üçün SUAL-CAVAB (Yeniləndi)

Dekabr 29
17:37 2017

Bismilləhir Rahmənir Rahim

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Əziz qonaq
Saytımızın suallarını Şeyx Qamət Süleymanov cavablandıracaqdır.

Siz, sizi maraqlandıran sualları bizə ünvanlaya bilərsiniz. ⤵️

Suallarınız ən yaxın münasib vaxtda cavablandırılacaqdır.

SUAL – 010

Sual: Sələfi oğlanla sünni qızın nikahı dində necədir? Yəmi bir yasaq var mı? Və ya gələcəkdə problemə səbəb olar mı? Və s

Cavab:
Ümumiyyətlə evlənərkən hər kəs özünə fikir və etiqad baxımından uyğun olanı seçməlidir. Belə olduqda ailə daha möhkəm və dəvamiyyətli olar.

Daha doğrusunu Allah bilir.

SUAL – 011

Sual: Salamun aleykum narkotika quslu pozur?indiden sagolun

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu.

Narkotik qəbul emtək haramdır. Ümumiyyətlə hər bir uyuşdurucu haramdır. O ki qaldı qüslü pozub-pozmamasına, narkotik qüslü pozmur.

Daha doğrusunu Allah bilir.

SUAL – 012

Sual: Assalamu aleykum.asr namazindan sonra iki ruket sunnet qilmag olarmi.bir yerde oxudumki Peygemberimiz asrdan sonra hemise sunnet namazi qilardi.bu ne derecede sehihdi

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu.
Əsr namazından sonra sünnət namazı qılmaq barədə elm adamları arasında fikir ayrılığı mövcuddur. Yaxşı olar ki, siz sünnət namazını əsrdən öncə qılasınız, hər bir azan və iqamə arasında iki rükət namaz vardır.
Kim əsrdən sonra sünnət qılırsa ona “sən səhv edirsən” demək lazım deyil. Lakin məşhur budur ki, əsrdən sonra sünnət qılınmaz.

Daha doğrusunu Allah bilir.

 

Digər xəbərlər