Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Həftədə iki dəfə mütləq yeyin – DÜZGÜN BİŞİRİLMƏ QAYDASI

Noyabr 01
17:11 2017

Balığın faydalı qida olduğu hər kəsə məlumdur. Amma balığı da yanlış formada istifadə etdikdə faydalı yox, zərərli ola bilir.

Selefxeber.azAilem.az”a istinadən türkiyəli dietoloq, fizioterapiya mütəxəssisi Şeyda Sıla Bilgilinin balıq yeməyin düzgün qaydaları ilə dediklərini diqqətinizə çatdırır.

Dietoloq bildirir ki, sağlamlığımız üzərində çox böyük təsiri olan balığı mütləq həftədə iki dəfə yemək lazımdır. Həmçinin daha çox fayda əldə etmək üçün doğru hazırlanması və doğru formada yeyilməsi lazımdır.

Qızartmayın

Balığı əsla qızartmayın, çünki qızardıldığında ağırlığının yarısı qədər yağ çəkir. Qida dəyərini itirir və kalori miqdarı artır. Daha çox yağsız formada, sobada, tərəvəzlərlə birlikdə buxarda bişdikdə daha faydalı olur.

Yaşıl salat ilə yeyin

Balıqda ən az olan vitamin C vitaminidir. Buna görə balığın yanında yaşıl salat istifadə edin. Xüsusilə bol miqdarda limonlu bir yaşıl salat balıqdakı C vitamini əskikliyini də ləzzətli şəkildə bağlayan əla bir seçimdir.

Həftədə iki dəfə mütləq yeyin

Həftədə iki dəfə mütəmadi olaraq balıq yeməyi yaddan çıxarmayın. Balıq sayəsində həm ürəyinizi və sağlamlığınızı qoruyacaq, həm də yüksələn xolesterolu əziyyət çəkmədən aradan qaldıracaqsınız. Bədənin qış aylarında daha çox ehtiyac duyduğu A, B1, B2 və D vitaminlərini mütəmadi balıq yeyərək qarşılaya biləcəksiniz. Uşaqlarınızın da həm immunitetini gücləndirmək, həm də fiziki və zehni inkişaflarını dəstəkləmək üçün balıq yeməyə həvəsləndirin.

Kiçik balıqları qılçığı ilə yeyin

Balığın qılçığında olan yüksək miqdardakı kalsium və fosfor sümüklərin sağlığı və dayanıqlılığı baxımından son dərəcə əhəmiyyətlidir. Buna görə xüsusilə sümük əriməsi problemi yaşayanların kiçik balıqları qılçığı ilə yeməsində fayda var.

Mütləq limon sıxın

Balığı hazırlayarkən və yeyərkən mütləq üzərinə limon suyu sıxın. Limonun içində olan antioksidantar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır.

Həddindən çox bişirməyin

Balıqları çox bişirmək protein itkisinə səbəb olur və balıqdakı proteinin orqanizmimiz üçün faydası olmaz. Buna görə balıqları azca sulu qalacaq şəkildə bişirmək lazımdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:168. 011 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 623 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 108 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 641 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 253 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 667 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 451 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:307. 003 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 515 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 976 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN