Oktyabr ayı üçün SUAL-CAVAB (Yeniləndi)
4. 300 dəfə baxılıb
Bismilləhir Rahmənir Rahim
Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Əziz qonaq
Saytımızın suallarını Şeyx Qamət Süleymanov cavablandıracaqdır.
Siz, sizi maraqlandıran sualları bizə ünvanlaya bilərsiniz. ⤵️
Suallarınız ən yaxın münasib vaxtda cavablandırılacaqdır.
SUAL – 004
Sual: Qurban bayraminda tebriklewmey olarmi ve buna deliler varmi?
Cavab:
Va aleykumus salam.
Qurban bayramında təbrikləşmək dua anlamında olmalıdır. Kiminsə sizə “bayramınız mübarək olsun” deməsi qadağan deyil, lakin təbriki əsasən dua xarakterli etmək yaxşıdır. Məsələn, “Allah bizdən də, sizdən də qəbul etsin.”
SUAL – 005
Sual: Salamun aleykum evde mənə saqqal saxlamaqa mane olurlar ne etmeliyem?
Cavab:
Va aleykumus salam. Əvvəla siz çalışın saxlayın. Çünki bu əmrə tabe olmaq asilikdir. Müsəlmanın itaətdə müəyyən qaydası vardır. Qayda budur ki, asilikdə itaət yoxdur.
Əgər onları heç cürə xoşluqla yola gətirmək olmursa, o zaman bacardığın qədər saxlayın.
Allah köməyiniz olsun.