Sələf Xəbər


SON XƏBƏRLƏR, SUAL-CAVAB

 Son Xəbərlər

Yanvar ayı üçün SUAL-CAVAB (Yeniləndi)

Fevral 01
17:22 2018

Bismilləhir Rahmənir Rahim

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Əziz qonaq
Saytımızın suallarını Şeyx Qamət Süleymanov cavablandıracaqdır.

Siz, sizi maraqlandıran sualları bizə ünvanlaya bilərsiniz. ⤵️

Suallarınız ən yaxın münasib vaxtda cavablandırılacaqdır.

SUAL – 013

Sual: Assalamu aleykum rahmatullahi. Eziz qardash sualim namazla elaqelidi. ciyin-ciyine mumkun olmasa, (yerin dar olduqunnan)arxa arxaya duzelib camaat namazi qilmaq mumkundumu?

Cavab:

Va aleykumus salam va rahmətullahi va barəkətuhu.

Adətən siz dediyiniz kimi hallar olmur. Lakin belə bir qeyri-adi hala düşsəniz o zaman necə bacarırsınızsa elə də qıla bilərsiniz.

SUAL – 014

Sual: Assalamu aleykum.qaynatam xerceng xestesidi hemde agildan problemli insansdi.yoldawima mene bohtanlar atir evde exlaqsiz soyuwler soyur bizi cox incidir .yoldawim ise o bele edende cox vaxt qiwqirir ustune.nesihet ediremki olmaz axi valideynindi qiwqirmaq olmaz axi .deyir gorursen de onun emellerini exlaqsizca soyuw soyur yalan bohtan daniwir bele halda bize gunah yazilir?

Cavab:

Va aleykumus salam va rahmətullahi va barəkətuhu.

Bu halda sizə günah yoxdur. Lakin siz çalışın ki, onu yola verəsiniz, mübahisə etməyəsiniz. Eyni zamanda Allahdan onun üçün şəfa və xəstəliyi üçün yüngüllük diləyin.

Digər xəbərlər