Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 06.09.2015

Sentyabr 06
11:13 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Bakı Moskva ilə münasibətləri inkişaf etdirmək niyyətindədir”


“Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıdır”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) deyib. Daha ətraflı

🌎

MTN-nin saxladığı İŞİD-çi: “Bizi aldadıb istifadə edirlər”


Ölkə ərazisində sabitliyi pozmağa cəhd edən silahlı dəstə zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyi İŞİD terror xəvaric qruplaşmasının fəaliyyətində iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat keçirib. Onlar müxtəlif dövrlərdə silahlı qrup yaradaraq terror hadisələrinin iştirakçısı olublar. Antiterror əməliyyatı nəticəsində İŞİD terror xəvaric qruplaşmasına qoşulan şəxslər saxlanılıb. Daha ətraflı

🌎

İcra başçısı 700 bal toplayan hicablı qıza avtomobil hədiyyə etdi – VİDEO


Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mahmudovaya avtomobil hədiyyə edib. Daha ətraflı

🌎

İslam dünyasını sarsıdan suriyalı körpə – Ərdoğandan dünya liderlərinə… – FOTO


Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıdıb.

Dənizin soyuq dalğalarının sahilə çıxardığı meyitlər suriyalı 3 yaşlı Aylan Kurdi və onun qardaşı 5 yaşlı Galip Kurdiyə məxsusdur. Daha ətraflı

🌎

İŞİD Bağdadiyə sui-qəsdə görə ittiham etdiyi 122 döyüşçüsünü edam edib


İŞİD terror xəvaric qruplaşması İraqın Naynava vilayətində 120-dən çox döyüşçüsünü edam edib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı bildirib.
Onun sözlərinə görə, döyüşçülər “İslam dövləti” – İŞİD terror xəvaric qruplaşmasında çevriliş etməkdə və qruplaşmanın lideri Əbubəkr Əl-Bağdadini aradan götürmək cəhdində ittiham olunurlar. Daha ətraflı

🌎

Ölkə rəhbərini TƏKFİR etdiyi üçün 12 il həbs cəzasına məhkum edildi


Səudiyyə Ərəbistanı Ali Məhkəməsi ibtidai məhkəmə qərarı ilə Səudiyyəli vətəndaşa 12 il həbs cəzası və beş min riyal cərimə təyin edib. Daha ətraflı

🌎

Azərbaycanda 7 bal gücündə zəlzələ baş verdi


Azərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov Şəki-Zaqatala bürosuna bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib. Daha ətraflı

🌎

Qırıcılarımız təlim uçuşlarında – FOTO


Azərbaycan və Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir.
“TurAz Qartalı – 2015” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir. Daha ətraflı

🌎

Merkel: “Türkiyənin bu hərəkəti qarşısında baş əyirəm”


Almaniya kansleri rəsmi Ankaranın suriyalı qaçqınlar barədə siyasətini tərifləyib.
Almaniyanın kansleri Anqela Merkel Türkiyənin suriyalı qaçqınları üçün atdığı addımlar barədə danışıb.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, Türkiyə-Suriya sərhəddində 2 milyon, ölkə daxilində də çox sayda suriyalı qaçqın olduğunu xatırladan Merkel bu hərəkətinə görə, Türkiyə hökumətini tərifləyib. Daha ətraflı

🌎

Telefonunuzu kim dinləyir? – Bilmək istəyirsinizsə oxuyun!


Mobil telefonunuza kiminsə qulaq asdığını bilmək üçün sizə 8 məxfi kod lazımdır.
“Sələf Xəbər” AzVision.az-a istinadən mobil telefonunun izləndiyini güman edənlər üçün lazım olan kodları təqdim edir. Daha ətraflı

🌎

Digər xəbərlər