HƏFTƏNİN YEKUNU – 09.11.2014
921 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
İlham Əliyevin (Allah onun hakimiyyətinin müddətini xeyirdə uzatsın) reytinqi
“Sələf Xəbər”-in qafqazinfo.az-a istinadən məlumatına görə, Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə (Allah onun hakimiyyətinin müddətini xeyirdə uzatsın) alternativ görmür.
“Rəy” Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti dövlətimizin başçısını dəstəkləyir. Monitorinq Mərkəzinin məlumatına görə, sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83 faiz) öz səsini hazırkı dövlət başçısına verərdi. Daha ətraflı
Cənazən qarşındadır: sənə verilən iki böyük əmanətə sahib ol
Cənazə qarşındadır… Bir çoxlarını bilmirəm, qəlbi olub düşünən hər kəsi vahimə bürüyür. Bu qədər insanların qarşısında dayanan cənazə mən də ola bilərdim. Sən də ola bilərdin. Əslində mən də bir müddətdən sonra belə cənazə olacağam və sən də olacaqsan. Məgər buna şübhən var? Yox. Bir anlıq dayan. Sən də cənazəsən. İndi qarşıda gördüyün cənazə mənəm, baxıb pis olma, əksinə bax və təsirlən ki, sən də cənazəsən. Bədənin buz kimidir. Tabutdasan. Bədənin sakit vəziyyətdə qalıb. Heç nə deyə bilmirsən. Çünki artıq dilin bağlanıb. Heç bir hərəkət edə bilmirsən, çünki artıq əllərin və ayaqların bağlanıb. Ətrafında olanlar hamısı vahimə içindədirlər. Çünki artıq kitabın bağlanıb. Daha ətraflı
Mübariz Qurbanlı: “Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında dini ayin icra etmək, məclis qurmaq qəti yolverilməzdir”
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsinə münasibət bildirib. Daha ətraflı
Böyük Alimlər Məclisi: bu hadisə çirkin bir cinayətdir
“Sələf Xəbər” alarabiya.net saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Böyük Alimlər Məclisi Əhsa şəhərində baş vermiş qanlı hadisəni qəti şəkildə pisləyib.
Məclisin üzvü doktor Fəhd ibn Sad əl-Məcid bildirib ki, bu hadisə həddi aşmaqla günah etmək və çirkin bir cinayətdir. İslamda hörmət edilməsi zəruri olan şəxslərə qarşı törədildiyi üçün onu edənlər ən ağır cəzanı almalıdır. Bu əməl, məsum cana, əmin-amanlığa və dinc vətəndaşlara qarşı təcavüz sayılır. Allahın haram buyurduğuna cürət edib, qullarına zülm edərək müsəlmanları qorxutmaq ən çirkin və ən böyük cinayətdir. Allahın əzabından, qəzəbindən və edilən qarğışlardan vay olsun ona”. Daha ətraflı
Diyanət İşləri Nazirliyi “Kərtənkələ” serialına münasibət bildirib
“Sələf Xəbər” t24.com.tr saytına istinadən xəbər verir ki, Türkiyə Diyanət İşləri Nazirliyi, imam qiyafəsində bir oğru obrazının baş rolda olduğu “Kərtənkələ” serialı ilə bağlı açıqlama verib.
Türkiyənin ATV kanalında yayınlanan serialla bağlı verilən açıqlamanın tam mətni belədir: “Bu yaxınlarda bir televiziya kanalında yayınlanmağa başlamış bir serialda “saxta imam” obrazı ilə əks etdirilən tipajla əlaqəli olaraq Nazirliyimizə gələn çoxsaylı müraciətlərə əsasən aşağıdakı açıqlamanın verilməsini zəruri hesab edirik.
Səudiyyə Ərəbistanında silahlılar küçədən keçənləri atəşə tutublar
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Əhsa əyalətində naməlum silahlılar küçədən keçənləri atəşə tutublar. Nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Şahidlərin bildirdiyinə görə, üç nəfər üzü maskalı silahlı şəxs tapança və avtomatlardan küçədə insanlara atəş açıb. Hazırda faktla bağlı araşdırma aparılır. Daha ətraflı
Abort qadağan olunsunmu? – MÜZAKİRƏ
“Sələf Xəbər” Milli.az-a istinadən bildirir ki, Rusiyanın Samara şəhərindən Dövlət Dumasına seçilən deputatlar, ölkədəki demoqrafik problemləri qanunvericilikdə dəyişikliklərlə həll etməyin mümkün olduğunu hesab edir.
Bu gün Rusiya dünyada əhalinin sıxlığına görə 181-ci yerdə dayanır. Deputatların fikrincə, vəziyyəti dəyişmək mütləqdir. Daha ətraflı
İŞİD-in etdiyi yeganə yaxşı əməl – FOTO
“Sələf Xəbər” Alarabiya-ya istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması qondarma erməni soyqırımı abidəsini dağıdıb. Belə ki, qondarma erməni soyqırımı xatirəsinə tikilən muzeyin hesabına Suriyanın Deyruzzur şəhəri il boyu dünyanın hər yerindən ermənilərin axın etdiyi bir məkan olub. Lakin, İŞİD terror xəvaric qruplaşmasının döyüşçüləri həmin abidəni cari ildə dağıdıb. Daha ətraflı
BMT-dən xəbərdarlıq: İŞİD Hələbə doğru irəliləyir
“Sələf Xəbər”-in Alarabiya-ya istinadən xəbərinə görə, BMT-nin Suriyaya göndərilmiş xüsusi nümayəndəsi Stefan Di Mistora, İŞİD terror xəvaric qruplaşmasının Kobanidən uzaqlaşaraq Hələb tərəfə irəlilədiyini bildirib.
Onun fikrincə, bu, Suriya müxalifətçiləri ilə hökumət qüvvələri arasında nəticəsiz döyüşlərə şahid olan bu şəhəri xilas etmək üçün yaxşı bir fürsətdir. Daha ətraflı
İraqda terror aktı: general öldü, 9 nəfər yaralandı
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, İraqın şimalındakı Bayci şəhərində terrorçu-intiharçının avtomobili partlatması nəticəsində polis general-mayoru həlak olub.
Bu barədə dünən Livanın “Daily Star” qəzeti yazıb. Daha ətraflı