Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 16.08.2015

Avqust 16
10:00 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

İŞİD xəvaric terror qruplaşması Türkiyəni təhdid etdi


“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, İŞİD xəvaric terror qruplaşması sosial media vasitəsilə Türkiyəni təhdid edib.
İŞİD-in mesajında “Kamikadze hücumlarımızın hədəfi olmaq istəmirsinizsə, dərhal bu müharibədən imtina edin. Sonra oturub ağlamayın” – ifadələri işlədilib. Daha ətraflı

🌎

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Moskvada məscidin açılışına dəvət edilib


Paytaxt Moskvada Avropanın ən böyük məscidinin açılışı ilə əlaqədar Putin İlham Əliyevi (Allah onu İslam üzərində sabit etsin) Rusiyaya dəvət edib. Daha ətraflı

🌎

“Əl-Qaidə”nin Şimali Qafqaz lideri öldürüldü


Terror şəbəkəsinə bağlı “Qafqaz əmirliyi”nin lideri öldürülüb. Ötən həftə Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı “əl-Qaidə” terror şəbəkəsinə bağlı “Qafqaz əmirliyi”nin lideri Maqomed Süleymanov öldürülüb. Daha ətraflı

🌎

İngilis xüsusi təyinatlıları İŞİD-ə yardım edərkən tutulub


İngiltərənin Hərbi Hava Qüvvələrinə aid 120-dən çox xüsusi təyinatlı əsgər İŞİD terror xəvaric qruplaşması silahlılarının formasında, silahlı qruplaşmanın üzvü qismində ifşa olunub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, İngiltərənin SAS (Special Air Service) xüsusi təyinatlı dəstəsinin əsgərləri əllərində İŞİD terror xəvaric qruplaşmasının bayraqları ilə qara paltarlar geyinmiş formada yaxalanıblar. Daha ətraflı

🌎

İstanbulda terrorçular polis bölməsinə və ABŞ Baş Konsulluğuna silahlı hücum edib – VİDEO


“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, öldürülən polis əməkdaşı İstanbul Əmniyyət Müdirliyinin (Polis İdarəsi) istehkam şöbəsinin rəisi Bəyazid Çəkəndir. Polis bölməsinə hücum edən terrorçuların yaxalanması istiqamətində keçirilən əməliyyatla onlardan 2 nəfər öldürülüb. Daha ətraflı

🌎

Səudiyyə şahzadəsi İŞİD-ə qarşı əmr etdi


Səudiyyə Ərəbistanının Daxili İşlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz ölkənin hüquq mühafizə orqanlarına ayıq olmaları barədə çağırış edib. Daha ətraflı

🌎

Cəmiyyət cinayəti ənənə halına salarsa…


Millət vəkili Fazil Mustafa bir neçə gün öncə jurnalistin qətli fonunda cəmiyyətdə kök salmış “xəstəlikdən” bəhs edən açıqlama vermişdir.

“Məsələnin ən acınacaqlı tərəfi ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır.” Fazil Mustafa. Daha ətraflı

🌎

Göygöl Milli Parkı istifadəyə verilib


Göygöl Milli Parkında turistlərin girişinə qoyulmuş məhdudiyyətlər aradan götürülüb.
“Sələf Xəbər” Azvision.az-a istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin direktoru Hikmət Əlizadə deyib. Daha ətraflı

🌎

“Facebook” və “WhatsApp” Azərbayacandan gedə bilər


Azərbaycanda internet üzərində nəzarət gücləndirilir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, rabitə xidmətləri göstərən “Skype”, “Facebook” , “WhatsApp” lisenziyalaşdırılmalıdır. Daha ətraflı

🌎

Çində metro stansiyası yerin altına çökdü – VİDEO


Çində metro stansiyası yerin altına çöküb.
“Sələf Xəbər”in Trend-ə isitnadən verdiyi məlumata görə, hadisə Çinin Quandun əyalətinin Dunquan şəhərində baş verib. Daha ətraflı

🌎

Digər xəbərlər