Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 21.09.2014

Sentyabr 21
16:19 2014

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

🌎

Həftənin ən vacib xəbərləri

Həcc ziyarətinə gedənlər mütləq oxusunlar!

sx-news-628
Sələf Xəbər” salaf-us-saalih.com saytına istinadən zəvvarlara ən vacib nəsihətləri təqdim edir.
Həcc, Peyğəmbərlərin və Elçilərin səndən öncə çıxdığı səfərdir. Peyğəmbərlərin yolu ilə gedənlər tövhidi və Allahın evini mədh edir. Buna görə də ilk öncə niyyətini Allahdan qeyrisinə ibadətdən təmizlə. İbrahim və oğlu İsmayılın Allahın evi olan Kəbənin əsasını qoyarkən dediyi sözləri xatırlayaraq istiğfar et və səmimi qəlbdən Allaha itaət et: “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 128-ci ayə). Daha ətraflı

BÖYÜK İSLAM ALİMLƏRİ MƏCLİSİNİN TERROR BARƏDƏ BƏYANATI – YENİ


“Sələf Xəbər” alriyadh.com saytına istinadən Səudiyyə Ərəbistanının Böyük Alimlər Məclisinin terror və onun təhlükəsi haqqında bəyanatını təqdim edir.

Böyük Alimlər Məclisi bildirib ki, terror pis cinayət olub elə bir zülm və düşmənlilikdir ki, onu şəriət və fitrət hər bir forması və şəkli ilə inkar etməkdədir. İslam dininin prinsiplərinə uyğun olaraq, qayda-qanunları qorumaq üçün və əmr sahibinə qarşı çıxmağın haram olmasına görə o cinayəti törədən insan qadağanedici və çəkindirici cəzaları özünə haqq etmiş olur. Daha ətraflı

“İçki məclisləri yığışdırılmalıdır” – millət vəkili


“Sələf Xəbər”-in məlumatına görə, millət vəkili Fazil Mustafa sünnət toylarının ləğv olunmasına dair AzVision.az-a açıqlamasında bildirib ki, sünnət toylarını milli adət-ənənəyə uyğun keçirmək istəyənlər, həmin toylarda içki məclislərini yığışdırmalıdır. Daha ətraflı

Azərbaycanda dini qurumlara yeni tələblər irəli sürülüb


Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, dini qurumların dövlət qeydiyyatında dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda öz əksini tapıb. Daha ətraflı

Almaniyalı müsəlmanlar: terrorçular islam dininin adından danışmasın!


“Sələf Xəbər” english.alarabiya.net xəbər portalına istinadən xəbər verir ki, Almaniyanın 2 mindən çox məscidi bütün ölkə vətəndaşlarını, cümə namazlarına qoşularaq “İraq və Şamda İslam Dövləti” (İŞİD) terror xəvaric təşkilatına qarşı birləşmiş cəbhə yaratmağa çağırıb. Bu təşəbbüsün məqsədi, gənc müsəlmanları Suriya və İraqa yollanaraq radikal islamçıların tərəfində döyüşməkdən çəkindirməkdir. Daha ətraflı

Peyvəndləmə 100 uşağın həyatına son qoyub


APA-nın İTAR–TASS-a istinadən verdiyi xəbərə görə, Suriyada BMT-nin təşəbbüsü ilə keçirilən peyvəndləmə kampaniyasından sonra 100 uşaq ölüb. Hadisə İdlib vilayətinin şimal-qərbində, müxalifətin nəzarətində olan ərazidə baş verib. Daha ətraflı

İran Prezidenti: İŞİD bəşəriyyəti məhv etmək istəyir


“Sələf Xəbər”-in Oxu.Az-a istinadən məlumatına görə, İran Prezidenti Həsən Ruhani İŞİD terror xəvaric qruplaşmasının terrorçularının bəşəriyyəti məhv etmək istədiklərini deyib. İran Prezidenti hesab edir ki, İŞİD-in qırğınları bütün bəşəriyyəti narahat etməlidir. Daha ətraflı

Azərbaycanda avtomobil istehsalı 5 dəfədən çox artıb


“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1771 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,4 dəfə üstələyir. Bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 8 ayının yekunu üzrə hesabatında bildirilir. Daha ətraflı

Məktəb çantası uşaqlarda qozbellik yaradır – SOS


“Sələf Xəbər” İnterpress.az-a istinadən türkiyəli mütəxəssislərin apardığı araşdırmanın nəticələrini yazır. Araşdırma, ağır məktəb çantasının uşaqlarda nəfəs çatışmazlığı və ağciyərin kiçilməsinə səbəb olduğunu üzə çıxarıb. Daha ətraflı

Bakının işğaldan azad olunmasından 96 il ötür


“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasından 96 il ötür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Daha ətraflı

Digər xəbərlər