Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 26.10.2014

Oktyabr 26
11:01 2014

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev: “İslam qadın şəxsiyyətini layiqli mövqeyə yüksəldib”


“Sələf Xəbər” Trend-in məlumatına istinadən bildirir ki, Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V-ci Beynəlxalq konfransı keçirilib.

Məktubu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin (Allah onu qorusun) konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Daha ətraflı

Peyğəmbər məscidinin imamı xütbəni bir anlıq dayandırdı – VİDEO


“Sələf Xəbər” alanba.com.kw saytına istinadən bildirir ki, Peyğəmbər məscidinin imamı və xatibi Şeyx Əli əl-Huzeyfi cümə xütbəsini saxlayaraq məscidin içində fotoşəkil çəkənlərə nəsihət edib.

“Belə etməklə müsəlmanlara əziyyət verməyin” deyən xatib onları şəkil çəkməklə cümələrini batil etməkdən çəkindirib. Daha ətraflı

Həcci başa vuran müsəlmanlara nəsihət


“Sələf Xəbər”-in fəqih.com-a istinadən təqdim etdiyi məqalədə İslamın beş əsasından biri olan Həcci yerinə yetirmiş qardaş və bacılara mühüm nəsihətlər verilir.
Əziz qardaşım, Allah məni və səni haqq üzərində sabit etsin! Allaha çoxlu şükr et ki, səni Onun evini həcc etməyə müvəffəq etdi. İndi isə O evi tərk edirsən və o mübarək yerlərdən ayrılırsan. Şəkk yoxdur ki, belə yerləri tərk etmək insana ağır gəlir. Həcc əməllərini ixlasla etməyə çalışmış insan üçün isə burdan ayrılmaq xüsusən çətindir. Daha ətraflı

Bakıda möhtəşəm bina tikilir – FOTO


“Sələf Xəbər”-in AzVision.az-a istinadən məlumatına görə, Bakıda möhtəşəm konvensiya mərkəzi (Baku Convention Centre) tikilir. Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında inşa olunan mərkəzdə işlər sürətlə davam etdirilir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa olunan kompleksdə müxtəlif tədbirlər keçirmək mümkün olacaq. Daha ətraflı

İŞİD – tarixi, metodu və onlara qarşı mübarizə üsulları – II hissə


“Sələf Xəbər” alanba.com.kw saytına istinadən təqdim etdiyi məqalədə İŞİD və onun kimi terror qruplaşmalarının yaradıcıları xəvariclərin gəncləri ələ alma metodlarından və bu xəvariclərlə mübarizə yollarından söhbət açır. Daha ətraflı

Çinli milyarder: İslam həqiqətini Məkkədə dərk etdim


“Sələf Xəbər” okaz.com.sa-a istinadən çinli milyarderin Həcc təəssüratları barədə yazır. “Müqəddəs Məkkədə İslamın həqiqi mənasını anladım. Müqəddəs Kəbənin yanında bədənim titrədi”. Çinli milyarder Han Şinğ Vanğ həcc etmək üçün müqəddəs məkana etdiyi səfəri barəsində söhbətini bu sözlərlə başlayır. O, əvvəllər belə bir dini ab-havanı yaşamadığını və bu Müqəddəs məkanda İslamı əsl həqiqəti ilə tanıdığını qeyd edib. Daha ətraflı

Balkan ölkələrindən yüzlərlə döyüşçü İŞİD-ə qoşulur


“Sələf Xəbər” alarabiya.net saytına istinadən xəbər verir ki, Balkan ölkələri Orta Şərqdəki döyüşlərə könüllü qatılanların sayının artmasından narahatdır.

Bu ölkələrdə mövcud iqtisadi böhran Balkanlardan döyüşçülərin cəlb edilməsi üçün xüsusilə münbit şərait yaradır. Balkan ölkələri Suriyaya və İraqa gedən döyüşçülərin sayına görə dördüncü yerdədir. Könüllülərin qarşısını almaq üçün Balkan ölkələri cəzaların sərtləşdirilməsini planlaşdırır. Daha ətraflı

Müsəlmanlar üçün xüsusi telefon satışa çıxarılacaq


“Sələf Xəbər” virtualaz.org-a istinadən xəbər verir ki, noyabrın sonunda Rusiyada müsəlmanlar üçün mobil telefon satışa çıxarılacaq.

Rusiya Müsəlman Qadınları İttifaqının sədri Nailə Zqanşina jurnalistlərə deyib ki, “BQ İstanbul” adlı bu telefonların yaddaşına “Quran”ın ərəb və rus dillərində mətnləri yerləşdirilib. Menyü sadə olduğundan surələri tez tapıb oxumaq mümkündür. Daha ətraflı

Kosmonavt buludları kosmosdan çəkdi – FOTO


“Sələf Xəbər” www.alanba.com-a istinadən alman kosmonavtı və geofiziki Aleksandr Giristin maraqlı ideyası barədə yazır. İnsan yer üzərində duran zaman buludları aşağıdan görməyə vərdiş edib. Kosmonavt Aleksandr Girist isə buludları üstdən çəkmək fikrinə düşüb və heyranedici görüntülər əldə edib. Alman kosmonavtı hazırda beynəlxalq hava peykinin üzərindədir və bir neçə yüz mil uzaqlığında olan məsafədə hərəkət edən peykdən yerin şəkillərini çəkir. Daha ətraflı

Bakıdan Sumqayıta relsli nəqliyyat marşrutu açılacaq


“Sələf Xəbər”-in Bakupost-a istinadən məlumatına görə, Bakıdan Ələt, Sumqayıt və H.Əliyev adına Hava Limanı istiqamətində relsli ictimai nəqliyyat marşrutları açılacaq. Bu barədə xəbər verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevin sözlərinə görə, 2015-ci ildə metro xətləri, dəmir yolları və sürətli avtomobil yollarının çəkilişinə başlanılacaq. Daha ətraflı

Digər xəbərlər