Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

100 min erməni vətəndaşlıqdan imtina edib

Avqust 04
15:44 2015

Bu il ərzində 4300 erməni Ermənistan vətəndaşlığından imtina edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Ölkədən emiqrasiya edənlərin sayının son illər ərzində 103.994 nəfər olduğunu vurğulayan qəzet xarici ölkələrə iş dalınca gedən vətəndaşların çoxunun Ermənistan vətəndaşlığından imtina etdiklərini və ölkəyə geri qayıtmadıqlarını bildirib.

Sələf Xəbər: Eyni zamanda, Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər