Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanıldı
3. 725 dəfə baxılıb
Türkiyənin Bingöl əyalətində yarım il ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat Milli Kəşfiyyat Təşkilatının (MIT) əməkdaşlarının iştirakı ilə iyulun 24-dən dekabrın 28-dək keçirilib. Reyd zamanı partlayıcı qurğular, partlayıcı maddələrin istehsalı üçün nəzərdə tutulmuş avadanlıq, 4,6 min dollar və ov tüfəngləri aşkarlanaraq götürülüb.
Əməliyyatlar İstanbul, Adana, İzmir və Kilis əyalətlərində keçirilib.
Suriya və İraqda İŞİD xəvaric terrorçuları ilə münaqişə başlayandan bu vaxtadək Türkiyədə bu terrorçu qruplaşma ilə əlaqəli 5000-dən çox şəxs saxlanılıb, 95 ölkə vətəndaşı olan 3290 şəxs deportasiya olunub, 38 min şəxsin ölkəyə girişinə qadağa qoyulub. Məlumata görə, 350 nəfəri əcnəbi olmaqla, azı 780 nəfər həbs edilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”