Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Özbəkistanda Həcc ziyarətinə təkrar getmək qadağan edilib

Yanvar 09
18:31 2018

Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyulub və təkrar Həcc ziyarətinə getməyə məhdudiyyət tətbiq edilib.

Selefxeber.az-ın məlumatına görə, “Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin qərarının mətnində bildirilir.

Artıq Həccə getmək istəyənlərdən daha əvvəl ziyarətdə olmamaları tələb edilir. Qeyd edək ki, daha əvvəl bu tələb son 5 ildə Həcc ziyarətində olmamaqla kifayətlənirdi.

Həcc ziyarətinə namizədlərin seçimi rayon (şəhər) hakimləri tərəfindən yaradılmış 7 nəfərdən ibarət işçi qrupları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəlində Özbəkistan Müsəlmanları Dini İdarəsi Həcc ziyarəti məqsədilə Məkkəyə getmək istəyənlər üçün tələbləri sərtləşdirib. Belə ki, ziyərət üçün nazmizəd kifayət qədər vəsaitə sahib olmalı, həmçinin yaşadığı məhəllədə nüfuzlu şəxs olmalıdır.

Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə).

Digər xəbərlər