Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ qırıcıları Türkiyədə

Noyabr 13
17:58 2015

ABŞ Müdafiə Nazirliyi 6 ədəd F-15E tipli döyüş təyyarəsinin Türkiyənin İncirlik hərbi bazasına çatdığını açıqlayıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Peter Kuk məlumat verib.

Onun sözlərinə görə, döyüş təyyarələri İŞİD terror xəvaric qruplaşmasına qarşı təşkil olunan hava əməliyyatlarında iştirak edəcək.

“Türkiyə hava sahəsinin suverenlik və təhlükəsizliyinə dəstək vermək üçün rəsmi Ankaranın istəyi ilə bu təyyarələri göndərdik. Türkiyə NATO-da müttəfiqimizdir. ABŞ-ın dostu və İŞİD terror xəvaric qruplaşmasına qarşı beynəlxalq koalisiyada tərəfdaşdır”, – Pentaqon rəsmisi qeyd edib.

Digər xəbərlər