Almaniyada Azərbaycanın tanıdılması məqsədilə viktorina keçirilib
1. 125 dəfə baxılıb
Bakı – APA. Almaniyada Azərbaycanın, onun yüksək turizm potensialının tanıdılması məqsədilə bu ölkənin Ksanten şəhərində növbəti viktorina keçirilib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, viktorina Alman Azərbaycan Mədəniyyət evinin dəstəyi ilə azərbaycanlı diaspor fəalı Emil Həsənov tərəfindən növbəti təşkil olunub.
Artıq 6 ildən çoxdur Almaniyada milli bayramlar zamanı təşkil edilən bu viktorinalar almanlar tərəfindən böyük maraqla qarşılanır. Ksanten bələdiyyəsinin təşkil etdiyi bayram tədbirlərində viktorinanın keçirilməsi üçün şərait yaradılır. Builki viktorinada 200 nəfərdən artıq alman iştirak edib. Yarışın şərtlərinə görə viktorinaya qatılan almanlar Azərbaycan haqqında verilən sualları cavablandırmalıdır. Sonda yarışın qalibi olan 2 və ya daha çox iştirakçı Azərbaycana 20 günlük səyahət etmək imkanı qazanır. Bu günədək 14 alman Azərbaycana səyahət edərək ölkəmiz, onun mədəniyyəti, tarixi, turizm potensialı ilə yaxından tanış olublar.
Azərbaycana səfər etmiş qaliblər geri döndükdən sonra ölkəmiz haqqında təəssüratlarını bölüşür və beləliklə də Azərbaycanın təbliğatı aparılır. Müşahidələrə görə viktorina qaliblərinin əksəriyyəti növbəti illərdə də Azərbaycana səfər edir.
Bu ilki viktorinanın təşkilinə Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Mədəniyyət Evi ilə yanaşı Azərbaycan səfirliyi də böyük dəstək göstərib.
Sələf Xəbər: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Müqəddəs Quran, “Hucurat” surəsi, 13 -cü ayə)
“Rəbb xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər. Bundan başqa, onlar qohumluq münasibətləri yaradır, şadlıq və fəlakət anlarında bir-birilərini müdafiə edirlər. Onlar tənhalıqda yaşasaydılar bu yardımlaşma mümkün olmazdı, lakin Allah onlara rəhm edərək, onları xalqlar və qəbilələr toplusu halına gətirmişdir ki, onlar birgə yaşayaraq, mehriban qohumluq münasibətləri saxlasınlar. Lakin nə çoxsaylı qohumlar, nə böyük bir xalqa mənsubluq, nə də adlı-sanlı mənşəyə mənsubiyyət insanın Allahın hörmətinə və mərhəmətinə layiq olmağa kömək etməz, çünki Onun insanlar arasından ən çox hörmət etdiyi – ən çox xeyirxah və ən çox təqvalı olan qullarıdır ki, onlar Ona itaət edir və günahlardan çəkinirlər.
Allaha qulları haqqında hər şey məlumdur. O (Pak və Müqəddəs), bilir ki, onlardan kimisi özünü elə aparır ki, sanki Ondan qorxur, kimisi də həqiqətən Allahdan qorxur və O (Pak və Müqəddəs), hər bir insana onun layiq olduğu əvəzi verəcəkdir.
Bu ayədən aydın olur ki, hər bir insan öz mənşəyini, nəslinin tarixini bilməyə borcludur, axı Allah insanları məhz buna görə xalqlar və qəbilələr birliklərinə çevirmişdir.” (Bax Təfsir As-Saadi).