İraqda 38 İŞİD üzvü edam olundu
2. 094 dəfə baxılıb
İraq hakimiyyəti terrorçuluqda mühakimə edilən 38 İŞİD üzvünün edam hökmünü icra edib.
Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” xəbər verir ki, bu barədə İraqın Ədliyyə Nazirliyi məlumat yayıb.
Bir müddət əvvəl İraqın baş naziri Heydər Əl-Abadi İŞİD-ə qarşı müharibənin başa çatdığını bəyan edib.
Qeyd edək ki, İraq qanunvericiliyinə əsasən, İŞİD-ə qoşulan hər bir şəxsə ya ömürlük həbs, ya da edam qərarı verilir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”