Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD Şeyxin Twitter hesabını oğurladı

İyun 10
15:02 2015

“Sələf Xəbər” alarabiya.net-ə istinadən xəbər verir ki, İyun ayının səkkizi İŞİD xəvaric terror qruplaşması səudiyyəli məşhur Şeyx Xalid əl-Muslihin Twitter hesabını oğurlamış, orada Şeyxin qruplaşmanı dəstəkləməsi və “Cihad” çağırışları etməsi haqqında yazılar dərc etmişlər.

Hadisədən xəbər tutan Şeyx Xalid əl-Muslih hesabı geri qaytarılana qədər onun səhifəsinə daxil olmamağı tövsiyə edib.
Qeyd edən ki, İyun ayının doqquzunda hesab yenidən bərpa edilib.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)

Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!

Digər xəbərlər